Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4106/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X1, nümayəndəsi X8 iştiraklar ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 28 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində olan pul vəsaitini 26 sentyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X2, nümayəndəsi X3 təqdim edərək bildirmişlər ki, Şəxs MMC ilə və “X9 Ltd.” şirkəti və “X12.” şirkəti arasında 25 may 2018-ci il tarixdə sub-kontragentlər müqaviləsi bağlanmışdır. Belə ki, Şəxs MMC “X9 Ltd.” şirkəti və “X12.” şirkəti ilə birlikdə X13 “TA-9106 AZE: Benefisiar Sahibliyin açıqlanmasına dair yol xəritəsinin implementasiyasına dəstək” adlı layihəsinin həyata keçirilməsi üzrə tenderin qalibi olmuş və X14 ilə konsultinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanması təklif edilmişdir. Bu səbəbdən də, Şirkət bəzi konsultinq xidmətlərinin göstərilməsini sub-kontragentlərə - “X9 Ltd.” şirkəti və “X12.” şirkətinə həvalə etmək məqsədilə 25 may 2018-ci il tarixli müqaviləni bağlamışdır. X14 və Şəxs MMC arasında 29 may 2018-ci il tarixdə 140548- S53228 saylı Müşavir (konsultant) xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Şəxs MMC və “X12.” şirkəti arasında 29 may 2018- ci il tarixli, 140548-S53228 saylı Müşavir (konsultant) xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 12 sentyabr 2019-cu il tarixdə Xidmətlərin təhviltəslim aktı imzalanmışdır. Həmin Aktla təsdiq edilmişdir ki, “X12.” şirkəti 29 may 2018-ci il tarixli, 140548-S53228 saylı müqavilə üzrə 5 saylı Hesabatı müqavilə şərtlərinə uyğun olaraq hazırlamışdır. Tərəflərin biri-birilərinə qarşı hər hansı tələbləri yoxdur. 4. “X12.” şirkəti tərəflər arasında bağlanmış 25 may 2018-ci il tarixdə sub-kontragentlər müqaviləsi üzrə göstərdiyi xidmətə görə 12.247,80 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsi barədə 17 sentyabr 2019-cu il tarixli, 00203 saylı hesab-fakturanı Şəxs MMC-yə təqdim etmişdir. Şəxs MMC 26 sentyabr 2019-cu il tarixdə 11.023,02 ABŞ dolları məbləğində xidmət haqqının öz hesabından “X12.” şirkətinin hesabına köçürülməsi barədə "xxxx" ASC-yə ödəniş tapşırığı vermişdir. Göründüyü kimi, 11.023,02 ABŞ dolları məbləğində pul vəsaiti Respublikadan kənara avans kimi deyil, ödənilən tarixədək artıq göstərilmiş xidmətin əvəzi qismində köçürülmüşdür. Odur ki, İXM-in 430.4-cü maddəsinin tətbiqi üçün heç bir əsas yoxdur. X14 tərəfindən Şəxs MMC-yə 15 noyabr 2018-ci il tarixdə məktub ünvanlanmışdır. Həmin məktubla tərəflər arasında bağlanmış müqaviləyə müvafiq dəyişikliklər edilmişdir. Eyni zamanda, məktuba, “X5 Cədvəli və X7” adlı “A Əlavəsi” qoşulmuşdur. Həmin əlavəyə əsasən, 5 saylı Hesabatın təqdim edilməsinin son tarixi 31 mart 2019-cu il olaraq müəyyən edilmişdir. Şəxs MMC ilə və “X9 Ltd.” şirkəti və “X12.” şirkəti arasında 25 may 2018-ci il tarixdə sub-kontragentlər müqaviləsinin A saylı Əlavəsinə görə isə, “X12.” şirkəti müvafiq xidmətləri göstərərkən X14 və Şəxs MMC arasında bağlanmış 29 may 2018-ci il tarixdə 140548- S53228 saylı Müşavir (konsultant) xidmətlərinin göstərilməsinə dair müqavilənin tələblərini diqqətə almalıdır. Eyni zamanda, Əlavədə göstərilmişdir ki, “X12.” şirkəti 29 may 2018-ci il tarixdə 140548- S53228 saylı müqavilənin şərtləri ilə tanışdır. Xidmətlərin göstərilməsinin son tarixi 31 oktyabr 2019-cu il olaraq müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, 5 saylı Hesabat artıq 31 iyul 2019-cu il tarixdə X6 üzrə Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir. Həmin hesabatla bu linkdən http://files.hssk.gov.az/beneficialownership/726- Report5_FİNALDRAFT_AZ.pdf tanış olmaq mümkündür. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, MMC tərəfindən hər hansı inzibati xəta əməli törədilməmişdir. Çünki MMC, 2019-cu ilin sentyabr ayınadək idxal etmiş olduğu xidmətə görə “X12.” şirkətinə ödəniş etmişdir. Deməli, burada hər hansı inzibati xəta hadisəsinin mövcudluğundan danışmaq mümkün deyildir. Beləliklə, şərh edilənlərə əsasən və İXM-in 52, 61.1.4 və 114.2-ci maddələrini rəhbər tutaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.1-ci maddəsinə (inzibati xəta hadisəsinin olmamasına) əsasən xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 26 sentyabr 2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 26 sentyabr 2019-cu il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür; məktubdan görünür ki, hüquqi şəxs Şəxs qabaqcadan ödənişlər aparıldığı gündən 720 gün müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır; 28 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində olan pul vəsaitini 26 sentyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. sənədlərdən görünür ki, “X12.” şirkətinə pulun köçürülməsi zamanı artıq xidmətlər göstərilmiş və bu barədə qarşılıqlı təhvil-təslim aktı imzalanmışdır. Şəxs MMC-nin "xxxx" ASC-yə ünvanlandığı ödəniş tapşırığında köçürülməli olan pul vəsaitinin avans olmasına dair hər hansı qeyd olmamışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X10 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin vəsait hesabına xidmətlər göstərilmiş və bu barədə qarşılıqlı təhvil-təslim aktı imzalanmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 11023,02 (on bir min iyirmi üç, sıfır iki) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 26 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən müvafiq xidmətlərin göstərilməsini, bu barədə qarşılıqlı təhvil-təslim aktı imzalanmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4106/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4106/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver