Məhkəmə qərarları › İş №3(011)-4108/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4108/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4108/2021 15.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7, X4 iştirakları ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942A-da yerləşən və "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binaları rəsmən dövlətə təhvil (Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi) verildikdən sonra mənzil-kommunal sahəsində idarəetmə sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılmış və Ədliyyə Nazirliyinin qeydiyyatında olan "xxxx" MMMC-də keçmişdir (2021-ci il 25 iyun tarixli 1121-MM8-0212 nömrəli). Yeni yaradılmış cəmiyyətin idarə heyəti vakant olan ştatlar üzrə müraciət etmiş namizədlərin xüsusi peşə, təhsil və digər keyfiyyətlərinin uyğunluğunu araşdırarkən məlum olmuşdur ki, elektrik-montyor ştatı üzrə müraciət etmiş X14 tələblərə cavab vermir, yəni qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün peşə təhsilinin, o cümlədən nəzəri və istehsalat təcrübəsinin olması vacibdi. X14 müraciətinə rədd cavabı aldıqdan sonra şantaj yolun seçərək X13 Xidməti Bakı şəhər idarəsinə müraciət edir. X9 (**********5 nömrəli) müraciəti DƏMX Bakı şəhəri idarəsinin baş əmək müfəttişi X10 icraatına verilir. Bu şəxs rəis müavini Araz Bayramzadənin imzasıyla 2021-ci il 02 avqust tarixli **********8 nömrəli məktub tərtib edərək "xxxx" MMMC-dən xahiş edir ki, E.Səfərova aid olan sənədləri aidiyyəti üzrə bunlara təqdim edilsin. Cəmiyyət isə öz növbəsində qeyd olunan müraciətə 2021-ci il 12 avqust tarixli 015 nömrəli cavabla bildirir ki, heç bir sənəd yoxdur, çünki şikayət müəllifinin xüsusi peşə təhsili, o cümlədən nəzəri və istehsalat təcrübəsi olmadığına görə onun elektrik-montyor kimi işə götürülməsinə rədd cavabı verilmişdir. Qeyd olunan cavab məktubundan sonra müfəttiş özünə məxsus 070 *** ** ** nömrəli mobil telefonla dəfələrlə zəng edərək bu işə xitam verilməsi üçün səylər göstərmişdir. Lakin anlayanda ki, göstərdiyi səylər nəticəsiz qalıb digər rəis müavini Sadiq Əliyevin imzasıyla cəmiyyətin adına 2021-ci il 22 sentyabr tarixli **********66 nömrəli bildiriş göndərir. Bildirişdə də qeyd olunur ki, DƏMX Bakı şəhər idarəsi 22.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılma 04 oktyabr 2021-ci il tarixdə saat 12:00 təyin edilib. Bildirişdə göstərilən saat və tarixdə qeyd olunan ünvana getmiş və məlum oldu ki, bunlar (DƏMX Bakı şəhər idarəsi) artıq onların iştrakı olmadan işə baxıblar, hətta 22.09.2021-ci il tarixli MN ******* və 22.09.2021-ci il tarixli MN ******* inzibati xəta haqqında protokollar tərtib edərək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə onun və sədrlik etdiyi "xxxx" MMMC-nin üzərinə cərimə növündə inzibati tənbeh qoyulub. Nəticədə iştirakı olmadan çıxarılmış qərarı 2021-ci il 25 oktyabr tarixində əldə edə bilmişdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri hər bir işin hallarının vaxtında, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarət olduğu halda, bunlar cərəyan şiddəti, volt və yaxud amper kimi məhfumlardan bixəbər adamın böhtanı əsasında inzibati tənbeh qərarı çıxarırlar. Məhkəmə iclasında X8 göstərilənlərə uyğun izahat verərək X9 işə cəlb edilmədiyini, ərizə ilə müraciət etsə də, qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün peşə təhsilinin olmaması səbəbindən işə götürülmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X12 izahat verərək 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-nın işçisi olmuşdur. Daha sonra "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. 2 dəfə 5-ci blokda gərginlik xəttində baş vermiş qəzanı aradan qaldırmışdır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Tərlan müəllimə niyə işçi kimi götürmədiyini soruşduqda, onun elektrik olmadığını əsas gətirmişdir. Halbuki, "xxxx" MTK-nın elektriki olmuşdur. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında dindirilən X14 elektrik olmadığını və bu sahə üzrə işləmək üçün heç bir hüquqi sənədinin olmadığını etiraf etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli MN ******* nörməli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMMC tərəfindən X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. İş materiallarında olan X2 Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 25 iyun 2021-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi X5r. İş materiallarında olan 05.07.2021-ci il tarixli əmrdən görünür ki, X8 "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri təyin edilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan X9 X11 ünvanladığı ərizəsindən görünür ki, şikayətçi bir dəfə baş vermiş qəzanı aradan qaldırdığını əsas gətirir və işə cəlb edilməsi kimi qiymətləndirir. Həmçinin göstərir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X8 onu işə götürməkdən imtina etmişdir. Lakin, X13 Bakı şəhər idarəsi inzibati araşdırma apararkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almadan, şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sübutlar müəyyən edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, X9 qəzanı aradan qaldırdığı tarix, yəni işə cəlb edildiyi tarix belə araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 04 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar