Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4115/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Baş X8 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul etdiyi 04 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş X8 İdarəsinin tərtib etdiyi İXP ******* saylı protokolun ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, şikayətçiyə məxsus “Vaz 21703” markalı **- XU-*** dövlət qeydiyyat nişanlı avtomaşın barədə Bakı şəhəri X8 İdarəsinin 14 aprel 2025ci il tarixində tərtib edilən TP ******* qərarının, Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilməsi barədə çıxardığı iş 3(011)-2975/2025 qərara baxmayaraq, maşına heç bir baxış keçirmədən və ya ekpert rəyi olmadan 04 aprel 2025-ci il tarixdə tərtib edilən TP ******* qərarı və məhkəmə tərəfindən ləğv edilmiş protokolun sadəcə vaxtını dəyişməklə İXP ******* protokolu ilə əvəz etməklə qanunu təkrar olaraq kobud şəkildə pozurlar. Bakı şəhəri Yol Polis idarəsinin şikayətçiyə qarşı qanunsuz tərtib etdiyi 3 protokol müxtəlif illərdə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş, bir qərardan isə Bakı şəhəri Yol Polis idarəsi apellyasiya şikayəti versə də təmin edilməmişdir. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhəri Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, şikayətçinin şikayətindən və verdiyi izahatın məzmunundan görünür ki, şikayətçi 04 iyun 2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 şikayəti təmin edilmiş və Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbyacan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş X7 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 şikayəti təmin edilmiş və Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli, TP seriyalı 564394 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2975/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş və Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 aprel 2025-ci il tarixli TP ******* saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Baş X7 İdarəsinə göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 14 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 12:40-da Bakı şəhəri, Bül-bül prospekti, 18a ünvanında “VAZ 21703” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə təqsirli bilinib barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından məlum olur ki, protokolda və qərarda heç bir sübuta istinad edilməmiş və ekspert rəyi alınmamışdır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Baş X8 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində polis əməkdaşı tərəfindən saxlanılarkən, heç bir akt tərtib olunmadan, avtomobilə baxış keçirmədən, xüsusi cihazdan istifadə etmədən, mütəxəssis və ya ekspert dəvət olunmadan öz mülahizəsinə əsasən protokol tərtib olunmuşdur. Beləliklə, X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsinin hansı sübutlara təsdiq olunduğu göstərilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhəri Baş X8 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul etdiyi 04 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Bakı şəhəri Baş X8 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul etdiyi 04 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-4115/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4115/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver