Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4117/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, qərarından şikayət verilmiş səlahiyyətli orqan X2 Hüquq, kadr və icraya nəzarət şöbəsinin Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi X3, X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2020 tarixdə X2 Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-nin mağazasında yoxlama apararaq MN ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokola əsasən, MN № ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə o, 500 manat cərimə edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassız olaraq tərtib olunmuş və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının x xxxx 2013-cü il tarixli, 714-İVQ №-li "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 2.1-ci maddəsinə əsasən bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı prinsipləri əsasında aparılır. Amma bu prinsiplər vergi orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə olan halda aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyata alınmadığı üçün nəticələr ləğv edilməldir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Hazırlı inzibati protokolda isə inzibati xətanın hansı hərəkətlərdə ifadə olunması göstərilməmiş, təqsirin dərəcəsi müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən İXM-nin 447-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin maksimum həddi məbləğində cərimə olunmuşdur. Əmlak vəziyyəti, təqsirinin dərəcəsi, tətbiq olunan cərimənin maddi vəziyyətinə təsiri nəzərə alınmamışdır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, AQTA-ya hüquq pozuntusunun olması barədə şikayət etmiş şəxslə barışmış, heç bir şikayətinin olmaması barədə AQTA-ya elekton qaydada müraciət etmişdir. X8 şikayətnin hüquqi əsası kimi Azərbaycan Respublikası Konsitusiyasının 125-ci maddəsinə, İXM-nin 8.3, 128.1, 130.1-ci maddələrinə istinad etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 Azər oğlu şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş səlahiyyətli orqan X2 Hüquq, kadr və icraya nəzarət şöbəsinin Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi X5 şikayətçinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, istehlakçının hüquqlarının pozulması barədə daxil olmuş müvafiq şikayət əsasında yoxlama aparılmadan şikayətə uyğun surətdə “xxxx” MMC-nin qeyd olunan mağazasında qanunla nəzərdə tutulan pozuntu aşkarlandığından X8 barəsində qanunamüvafiq surətdə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində hər hansı bir yoxlama aparılmadığından reyestrdə qeydiyyatın alınması əsassızıdır. Şikayət vermiş şəxs izahatında inzibati xətanın baş verməsini etiraf edərək mübahisələndirməmişdir. Şikayəti əsassız olduğundan məhkəmədən rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X8 inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir; elektron poçt hesabından çıxarışdan görünür ki, X6 tərəfindən X12 3 saylı Satış Mağazasında vitrindəki qiymətlə ödəniş çekindəki qiymətin eyni olmaması barədə elektron müraciət ünvanlanmışdır; xx.xx.2020-ci il tarixli elektron poçt hesabdan çıxarışdan görünür ki, X6 tərəfindən X12 3 Satış mağazasından etdiyi şikayəti geri götürməsi və məsul şəxsin cəriməmələnməməsi barədə mailto:info@afsa.gov.azElektron ünvan elektron poçtuna yeni müraciət ünvanlanmışdır; iş materiallarında olan X4 izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə müştəri sözü gedən ünvanda yerləşən xxxxdən Bizon əmtəə nişanlı sərinləşdirici içkini almış, məhsulun vitrində qiyməti 0.93 AZN olmuş, lakin kassa qəbzində 1 AZN hesablanaraq satılmışdır. Bu halın baş verməsinə səbəb həmin gün mağazada mal qəbulu çox olması, bu səbəbdən şirkətdən qiymət dəyişimi gəlsə də onların vaxt çatışmazlığı səbəbindən yeni qiymətin gec dəyişdirilməsi olmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə istehlakçının hüquqlarını pozur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən mal satan şəxs tərəfindən malın hesabına dair istehlakçı az miqdarda aldadıldığına görə istehlakçının hüquqları pozulmuş, məhsulun vitrində qiyməti 0.93 AZN olmuş, lakin kassa qəbzində istehlakçıya 1 AZN hesablanaraq satılmışdır. Bu səbəbdən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarla X8 inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi üçün aşağıdakı dəlilləri irəlis sürmüşdür. 1.Yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun tələblərinə uyğun olmamış, yoxlama reyestrdə qeydiyyata alınmamışdır.
2. İnzibati tənbeh tətbiq edərkən İXM-nin 447-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin maksimum həddi məbləğində cərimə olunmuş, əmlak vəziyyəti, təqsirinin dərəcəsi, tətbiq olunan cərimənin maddi vəziyyətinə təsiri nəzərə alınmamışdır.
3. AQTA-ya hüquq pozuntusunun olması barədə şikayət etmiş şəxslə barışmış, həmin şəxs heç bir şikayətinin olmaması barədə AQTA-ya elekton qaydada müraciət etmişdir. Məhkəmə şikayətçinin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Həmin Qanunun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Göründüyü kimi, hazırkı halda inzibati orqan tərəfindən plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) hər hansı yoxlama aparılmamış, bu səbəbdən aparılmayan yoxlamanın reyestrdə qeydiyyata alınmalı olması barədə dəlil əsassız olmuşdur. Bundan əlavə, inzibati orqan tərəfindən tətbiq edilmiş cərimə tənbehi İXM-nin 447-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə olmuşdur. Həmçinin, hüquq pozuntusunun olması barədə şikayət etmiş şəxslə barışma, həmin şəxsin heç bir şikayətinin olmaması inzibati məsuliyyəti istisna etməmiş, İXM-də qeyd olunan hallar inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərdə tutulmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman səlahəyyətli orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verməmiş, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, inzibati tənbehin vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Sədrlik edən Cavid Hüseyn