Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4117/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndələri X6 və X9, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 1.05.2023-cü il tarixli MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən Xəstəxanada xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, Q-23/130 saylı Qərara əsasən (Qərar onlara xx.xx.2023-cü il yoxlama günü təqdim edilmişdir) nüvə və radioaktiv materialların, ionlaşdırıcı şüalanma mənbələrinin təhlükəsizliyini və fiziki mühafizəsi tələblərinə riayət edilməsini yoxlamaq məqsədi ilə Agentliyin əməkdaşı böyük məsləhətçi Azər Xəlilzadəyə tərəflərindən lazımi bütün şərait yaradılmış, planlı yoxlama həyata keçirilmişdir. Nəticədə Yoxlama suallarının siyahısında olan 16 (on altı) sualdan 2 (iki) sual yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi əsas gətirilərək xx.xx.2023-cü il tarixli, P-23/130 saylı Yoxlama aktı, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. Qərardan xx.xx.2023-cü il tarixdə yuxarı orqana, Fövqəladə Hallar Nazirliyinə tərəflərindən şikayət olunsa da, yuxarı orqan tərəfindən xx.xx.2023-cü il tarixli (Klinikaya xx.xx.2023-cü il tarixdə təqdim edilən) 3-18/2- 3151/2023 saylı cavab məktubu ilə şikayətləri təmin olunmamışdır. Hesab etmişlər ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Tərəflərindən Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsi üçün şikayət edilmiş, nəticədə Xətai Rayon Məhkəməsinin 3(011)- 2781/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə şikayətləri məhkəmə tərəfindən qismən təmin edilmiş, belə ki, xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinə qaytarılmışdır. Bu proseslərdən sonra klinikaya Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli 3-18-25/2-3232/2023 saylı bildirişi (klinikaya çatdırılıb xx.xx.2023-cü il tarixdə) təqdim edilmiş və barələrində inzibati xəta haqqında icraat aparılan şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair 64№-li işin yenidən baxılmasında iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin 1200№-li otağına dəvət edilmişlər. Agentliyin sədrinin rəhbərliyi ilə görüşdə olmuşlar, nəticə yenə eyni olaraq yenidən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. Bu qərarın da əvvəlki qərarda olduğunu kimi ədalətli olmadığını, qeyd edilənlərə etirazlarını bildirmişlər. Bu onların Xətai Rayon Məhkəməsinə 2-ci şikayət məktubudur. Belə ki, bu sənədləşmə işləri 2020-ci ildə tərəflərindən bütün prosedurlar icra edildikdən sonra yekun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə X5 Şüa Mənbələri hesab edilən qurğuların istismarına “XÜSUSİ İCAZƏ”-nin alınması üçün xx.xx.2020-ci il tarixli 589 nömrəli ƏRİZƏ ilə və xx.xx.2020-ci il tarixli məktubla müraciət etmişlər, lakin bu günədək sənədlərini və müraciətlərini cavablandıran olmamışdır. Agentlikdə 2 (iki) dəfə onları görüşə dəvət etmişlər, hər dəfəsində bildirilmişdir ki, “sizin Agentlik bizə cavab verməyib”. 2020-ci ildə ərizələrinə cavabında bildirilmişdir ki, “Ola bilməz cavab verilməsin, bizdən məktub çıxıbsa bu bizim məsuliyyətimizdə deyil, bizdə Sizə cavab verilməsi ilə bağlı məktublar var, sübutlarımız var, özünüz maraqlanmalı idiz sənədinizin cavabını”. Görüş zamanı tələb etmişlər ki, nə cavab vermisizsə zəhmət olmasa burda təqdim edin bizə, təqdim edən olmamışdır. Agentlik tərəfindən "xxxx" MMCyə (MEDİLAND HOSPİTAL) heç bir cavab məktubu çatdırılmamışdır. Təkrar olaraq bildirmişlər ki, 2020-ci ilin oktyabr ayında ərizələrinə cavab verilsəydi XÜSUSİ İCAZƏ sənədi onlara təhvil verilsəydi, icazədə 3 (üç) illik olduğuna görə hal hazırda 2023-cü ilin oktyabr ayında müddəti bitəcəkdi. Sonuncu dəfə 2022-ci ilin noyabr ayında 2020-ci ildə təqdim etdikləri ərizənin cavabını soruşmuşlar ki, “Biz Xüsusi İcazə ilə bağlı Agentliyə müraciət etmişdik bizə Xüsusi İcazəni niyə verməmisiz?” Verdikləri cavab: “Sistemimiz dəyişib, rəhbərliyimiz dəyişib, yoxdu sənədləriniz bizdə, yenidən sənədlərinizi təqdim edin”. Bildiilmişdir ki, “2020-ci ilin oktyabr ayında ərizə ilə birgə qoşma fayllar, sənədlər həmin dövrdə Agentlik tərəfindən və digər qurumlar tərəfindən təsdiq edilmiş bütün sənədlər bizdə hal-hazırda mövcuddur. Təkrar yenə eyni prosedurları etməliyik?”, deyilmişdir ki, “Bəli hamısını yeniləyin təqdim edin”. 2020-ci ilin oktyabr ayında “Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə X8”, “Tibbi rentgen avadanlığının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat”, “Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları” və “Qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı” Agentlik tərəfindən təsdiq edilib onlara təhvil verilmiş və digər lazımi sənədlər tam hazır şəkildə tərəflərindən təqdim edilmişdir. Lakin 2023-cü ilin yanvar ayından bu sənədlərdə heç bir dəyişiklik olmamasına baxmayaraq təkrar olaraq məcburən dəyişditdirilmişdir. 2023-cü il ərzində yuxarıda adı qeyd edilən Agentlik tərəfindən tələb etdikləri, lazımi sənədləri yığmaq üçün xx.xx.2023-cü il tarixdə 52 saylı, xx.xx.2023-cü il tarixdə 70 saylı, xx.xx.2023-cü il tarixdə 84 saylı, xx.xx.2023-cü il tarixli 85 saylı, xx.xx.2023-cü il tarixli 156 saylı, xx.xx.2023-cü il tarixli 157 saylı, xx.xx.2023-cü il tarixli 215 saylı, xx.xx.2023-cü il tarixli 216 saylı (qəbul etməmişlər), xx.xx.2023-cü il tarixli 306 saylı, xx.xx.2023-cü il tarixli 317 saylı, xx.xx.2023-cü il tarixli 356 saylı, xx.xx.2023-cü il tarixli 357 saylı məktublarla və qoşma sənədlərlə tərəflərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinə müraciətlər etmişlər, ümumilikdə fikir versəz 12 (on iki) dəfə tərəflərindən müxtəlif mövzularda məktublar və qoşma sənədlər təqdim edilmişdir. 2023-cü ilin əvvəlindən bu günədək Agentlik tərəfindən müəssisələrinə xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırlıb xx.xx.2023-cü il tarixdə), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılmayıb, Agentliyin şöbə müdiri Emin Mansurov tərəfindən WhatsApp mobil tətbiqi vasitəsi ilə şəkili göndərilib xx.xx.2023-cü il tarixdə), xx.xx.2023-cü il tarixli (müəssisəmizə yoxlama olan gün yəni xx.xx.2023-cü il tarixdə Agentliyin əməkdaşı böyük məsləhətçi Azər Xəlilzadə tərəfindən təqdim edilib), xx.xx.2023-cü il tarixli bildiriş (Agentlidə 1-ci görüş), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə Gigiyenik Pasport), xx.xx.2023-cü il tarixli (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə), 01037-B/2023 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli 01037 №-li 3 (üç) illik XÜSUSİ İCAZƏ-ni özləri “Bakı KOB evi”ndən təhvil almışlar xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli bildiriş (Agentlikdə 2-ci görüş) (müəssisəmizə çatdırılıb xx.xx.2023-cü il tarixdə). Agentlik tərəfindən yuxarıda qeyd edilən məktublardan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda “uyğunsuzluqlar” olduğu deyilərək geri qaytarılıb. xx.xx.2023-cü il tarixdə Agentliyə “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna”na rəy verilməsi üçün təqdim etmişlər, xx.xx.2023-cii il tarixdə Agentlik tərəfindən təsdiqli sənəd onlara təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə Agentliyə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına Xüsusi İcazənin alınması üçün ərizə də təqdim etmişlər, qəbul edilməmişdir ki, “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik pasportu” verilməlidir, daha sonra təkrar müraciət etməlidirlər. Yenidən xx.xx.2023-cü il tarixdə Agentliyə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına Xüsusi İcazənin alınması üçün ərizə də təqdim etmişlər, nəhayət uzun müddət mübarizədən sonra 01037-B/2023 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli 01037 №-li 3 (üç) illik XÜSUSİ İCAZƏ-ni özləri xx.xx.2023-cü il tarixdə “Bakı KOB evi”ndən təhvil almışlar. Yazışmaların (qəbul edilən və cavab verilən məktubların) tarixlərini yazmaqda məqsədləri odur ki, Agentlikdə olan sənəd dövriyyəsinin ləng getməsinə görə, 3 illik verilən XÜSUSİ İCAZƏ-nin 1 ili sənəd daşımağa gedir, sənəd vaxtında verilmir və nəticədə cərimə yazılır. Onuda bildirməlidirlər ki, "xxxx" (MEDİLAND MMC) ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin binaları arasında ara məsafəsi heç 1 km deyil, daha dəqiq desək 980 metr-dir. Bu dislokasiya sənədlərindədə bildirilmişdir. Ucqar əlçatmaz məkanda yerləşmirlər ki, bu sənəd dövriyyəsi aylarla, günlərlə uzanır çatdırılması. Məhkəmə iclasında X7 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-də yoxlama keçirilən zaman xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğulardan istifadə edilmişdir, lakin həmin qurğuların istismarına xüsusi icazənin alınması üçün tərəflərindən dəfələrlə səlahiyyətli orqana müraciət edilmiş, lakin müraciətlərinə heç bir cavab verilməmiş və barələrində əsassız olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndələri X6 və X11 hər biri ayrı-ayrılıqda 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Həmçinin, X7 tərəfindən xüsusi icazənin verilməsinə dair müraciət ərizələrinin göndərilməsinə istinad edilsə də, razılaşdırılmış radioloji-gigiyenik pasport və xüsusi icazə alınması üçün tələb olunan sənədlərdə natamamlıqlar olduğundan xüsusi icazənin verilməsi gecikdirilmişdir. Göstərilənlərə əsasən onlar X7 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin NRFN şöbəsinin böyük məsləhətçisi Azər Xəlilzadə tərəfindən 11 may 2023cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixli RT yoxlaması zamanı müəyyən olmuşdur ki, İŞM ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilməmiş, xüsusi icazənin vaxtı bitmiş və bununlada Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı müəyyən edildiyindən vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolun qeyd hissəsində X7 qısa vaxt ərzində nöqsanları aradan qaldıracağını, protokolla tam razı olmadığını, sənədləri təqdim etdiklərini və dəfələrlə geri qaytarıldığını qeyd etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin rəisi X12 tərəfindən 25 may 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən rəhbəri X4 barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2781/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin rəisi X12 tərəfindən 02 oktyabr 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən rəhbəri X4 barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli P-23/130 nömrəli yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də keçirilən yoxlama zamanı aşağıdakı pozuntular aşkar edilmişdir: ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin müddəti bitib, müəssisənin radioloji-gigiyenik pasportunun müddəti bitib, fərdi dozimetriya nəzarəti üzrə məlumatların uçotu aparılmır, radioloji şəraitin istehsalat nəzarəti daimi olaraq aparılmır, işçilər fərdi dozimetrlərin istifadəsi qaydalarına riayət etmirlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 01037 nömrəli xüsusi icazə məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMCdə ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına xx.xx.2023-cü il tarixdən 3 il müddətinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq "xxxx" MMC-də yoxlama keçirilən zaman xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğulardan istifadə edilməsini etiraf etmiş, lakin həmin qurğuların istismarına xüsusi icazənin alınması üçün tərəflərindən dəfələrlə səlahiyyətli orqana müraciət edildiyini, lakin müraciətlərinə heç bir cavab verilmədiyini və barələrində əsassız olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməklə cərimə cəzası tətbiq edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndələri hər biri ayrıayrılıqda verdikləri izahatlarında bildirmişlər ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru tərəfindən xüsusi icazənin verilməsinə dair müraciət ərizələrinin göndərilməsinə istinad edilsə də, razılaşdırılmış radioloji-gigiyenik pasport və xüsusi icazə alınması üçün tələb olunan sənədlərdə natamamlıqlar olduğundan xüsusi icazənin verilməsi gecikdirilmişdir. Habelə iş materiallarına əlavə edilmiş müraciət məktublarından və onlara ünvanlanmış cavab məktublarından açıq aşkar görünür ki, xüsusi icazənin verilməsinə dair ərizələrə əlavə edilmiş sənədlərdə çatışmazlıqlar olduğundan həmin ərizələr icra olunmadan geri qaytarılmış və "xxxx" MMC-də ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına yalnız xx.xx.2023-cü il tarixdən etibarən 3 il müddətinə icazə verilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 özü də yoxlama zamanı xüsusi icazələrinin olmadığını etiraf etmiş, lakin sözügedən qərarın səlahiyyətli orqan tərəfindən onlara vaxtında icazə verilmədiyindən ləğv edilməli olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən icazənin verilməməsi inzibati xəta hadisəsinin baş verməsini aradan qaldırmır və 02 oktyabr 2023-cü il tarixli qərarın ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4117/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4117/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver