Məhkəmə qərarları › İş №3(011)-4117/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4117/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4117/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5, X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayətlə məhkəməyə müraciət edərək AYNA tərəfindən xx.xx.2025-ci il tarixində AYN ******* saylı protokol üzrə tərtib olunmuş inzibati xəta barədə 20 manat cərimə olunmağım haqqında qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, “Range Rover” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı şikayətçiyə məxsusdur və mülkiyyətindədir. Bundan başqa **-NC-*** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan Q05" markalı nəqliyyat vasitəsi də mülkiyyətindədir və onu oğlu İ.İsmayılov idarə edir. Ona məxsus olan “Samsung Galaxy” markalı telefonda parklanma ilə bağlı müvafiq aplikasiya yüklənmişdir və şəhərin istənilən yerində olarkən parklanma sahəsinə girdikdə lazımı uyğulamanı tətbiq edir. Bu günlərdə müəyyən olunmuşdur ki, AYNA tərəfindən xx.xx.2025-ci il tarixində AYN ******* saylı protokol tərtib olunaraq inzibati xəta üzrə 20 manat cərimə olunmuşdur. Barəsində tərtib olunan və qərarlaşdırılan inzibati icraatın məzmunu ondan ibarətdir ki, guya Bakı şəhəri Xətai rayonu İzzət Orucova küçəsindəki 10141 saylı parklanma ərazisinə xx.xx.2025-ci il tarixdə saat 19:40:27 radələrində daxil olandan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk etmişdir. Həmin qərardan narazıdır və bu cərimə əsassız yerə adıma yazılmışdır və buna görə də şikayət verir. Həmin qərarla razılaşmır, qərəzli və əsassız olduğundan ləğv edilməsi tələb edir. Qərarın məzmundan müəyyən olunur ki, guya şikayətçi AR inzibati Xətalar Məcəlləsi 346- 1.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Həmin qeyd olunan Bakı şəhəri Xətai rayonu İzzət Orucova küçəsindəki 10141 saylı parklanma ərazisinin qarşısı bina altında çay və kofe içilməsi qismində fəaliyyət göstərən iaşə obyektidr və xx.xx.2025-ci il tarixdə saat 18:26:32 radələrində daxil olaraq 1 saatlıq müddət modunu seçib 0,70 manat ödəniş edib dayanmışdır. Şərait ondan ibarətdir ki, iaşə obyektinə çoxsaylı müştərilər gələrək nəqliyyat vasitələrini nizamsız saxlayırlar. Bu da adətən parklanma yerindən çıxarkən müəyyən ləngimələrə səbəb olur. Həmin vaxt bir saatlı müddətin bitməsindən sonra nəqliyyat vasitəsinə olurub ərazini tərk etmək istədikdə arxana digər nəqliyyat vasitəsinin maneə yaratması müəyyən olunduğundan və ləngimə baş verdiyindən telefon aplikasiyası vasitəsilə növbəti 1 saatlıq artırmanı etmiş və 19:49:21 radələrində vaxtın başlanğıcı işə salınmışdır. Lakin müəyyən edilmişdir ki, telefondakı iki nəqliyyat vasitəsindən **-HF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yox, **-NC-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz-minik” markalı nəliyyat vasitəsi üçün vaxt başladılmışdır. Halbuki, həmin nəqliyyat vasitəsi orada olmamışdır. Şikayətçinin məqsədi idarə etdiyi “RANGE ROVER” markalı **-HF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə müddətin başladılması olmuşdur. Bu anlaşılmazlıq nəticəsində isə tənbeh vermək səlahiyəti olan nümayəndə işin faktiki hallarını araşdırmamış, iki-üç metr arası olan çayxananın qarşısında duran nəqliyyat vasitəsinin maneə ilə üzləşdiyinə əhəmiyyət verməmişdir. Halbuki, hər iki halda ödəniş tərəfindən olunmuşdur. Hesabından iki dəfə ödəniş icra edilmişdir. Digər bir tərəfdən 19:26:32 radələrinə qədər ödənişi olan nəqliyyat vasitəsinin ərazini tərk etməsi üçün 15 dəqiqəlik ötüşdürmə limitini nəzərə almaq imkanı olmuşdur. Lakin tərəf nəqliyyat vasitəsinə 19:40:27 radələrində protokol tərtib etmiş və 1 saatlığına artırma yolu ilə rəsmiləşdirməni nəzərə almamışdır. Hazırkı vəziyyətdə isə qanunun yuxarıda qeyd olunan normaları pozulmuşdur. Ona görə də, mübahisələndirdiyi hadisənin görüntülərinə yenidən baxılaraq qərar ləğv olunmalıdır. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X8 şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 19:40:27-də İzzət Orucova-10141 ünvanında “X11 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərə baxış keçirdikdə məlum olmuşdur ki, X4 idarə etdiyi “X11 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 19:40:27-də İzzət Orucova ünvanında 10141 nömrəli parklanma yerində parklanmış və inzibati xəta hadisəsi “S5E8825” markalı kamera ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində, saat 19:40:27-də İzzət Orucova-10141 ünvanında “X11 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində qərəzli olaraq parklanma yerindən istifadə üçün əlavə ödəniş etməkdən yayınmadığını, parklanma müddəti başa çatdıqda oradan çıxmaq niyyətinin olduğunu, sadəcə digər avtomobilin onun çıxmasına maneə törətməsini, bu müddət ərzində həmin avtomobilin sahibini axtardığını və nəticədə yenidən parklanmanı başlatdığını bildirmişdir. Niyyəti ödənişdən yayınmaq olsaydı, parklanmanı başlatmazdı. Məhkəmə şikayətçinin qeyd etdiyi hallara münasibətdə bildirir ki, şikayətçiyə tərtib olunmuş protokol qanuni və əsaslıdır. Belə ki, şikayətçi avtomobilini parklanma yerində saxladıqdan sonra saxlama müddəti 1 saat müəyyən edilməsinə və 18:26-da başlayıb 19:26-da bitməsinə baxmayaraq vaxtın uzadılması ilə bağlı yalnız 19:49-da vaxtın uzadılması ilə bağlı yenidən ödəniş etmişdir. Fakt olaraq şikayətçi barəsində tərtib olunmuş protokol saat 19:40-da, yəni müddətin başa çatmasından sonra tərtib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar