Məhkəmə qərarları › İş №3(011)-4119/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4119/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4119/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi Bərxudar İbadov tərəfindən 24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində DİN-nin DYPİ-nin YPX-nin inspektorları saxlanılmış, daha sonra polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onu əlavə PPXnın köməyi ilə ərazi aidiyyatı üzrə polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən qırmızı işıqdan keçdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama nəticəsində onun sürücülük hüququnun məhdudlaşdırılması müəyyən edilmişdir. YPX-nın əməkdaşları ona nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılaraq idarə etdiyi nəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağını ona bildirmişlər. Nəqliyyat vasitəsini evakuatorla aparmaq istəyərən polis əməkdaşları ilə onun arasında mübahisə yaranmış, buna görə də onu polis bölməsinə aparmışlar. Mübahisəyə səbəb isə nəqliyyat vasitəsinin pis formada evakuatorun üzərinə çıxarılması olmuşdur. Polisin tələblərinə tabe olduğunu, bölməyə dəvət olunarkən PPX-nın nəqliyyat vasitəsinə könüllü minməsini qeyd edərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nın inspektoru X1 izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində Renault markalı **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olan İst Petrolun qarşısında olan svetoforun qırmızı işığında keçdiyinə görə nəqliyyat vasitəsi tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırıldığı, habelə taksi fəaliyyəti ilə məşğul olması müəyyən edildiyindən, onun nəqliyyat vasitəsinin idarəetməsindən kənarlaşdırılacağı və idarə etdiyi nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyi sürücüyə bildirilmişdir. Sürücü nəqliyyat vasitəsini duracağa yerləşdirilməsinə etiraz etmiş, daha sonra onlar tərəfindən evakuator çağırılmış bundan sonra Şəxs onlarla səs-küy salaraq mübahisə etməyə başlamış və nəqliyyat vasitəsini verməyəcəyini qeyd etmişdir. Buna görə də köməyə PPX-nın əməkdaşlarını çağırmışlar. Nəqliyyat vasitəsi duracağa aparılarkən Şəxs onların qanuni tələblərinə yenə tabe olmayaraq nəqliyyat vasitəsinin aparılmasına mane olmuşdur. İş materiallarına əlavə edilmiş AZA 001595 nömrəli protokoldan görünür ki, Şəxs 23 oktyabr 2022-ci il tarixdə 23:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş hadisə vaxtı qeydə alınmış videogörüntünü əks etdirən CD-yə baxış keçirilmiş, videogörüntüdən Şəxs polis əməkdaşları ilə yüksək səslə danışaraq nəqliyyat vasitəsini duracağa yerləşdirmələrinə etiraz etməsi və buna görə də mübahisə yaranması və nəticədə Şəxs polis məkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatlarını, inzibati xəta haqqında materialı və videogörüntünü araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsini onun özünü müdafiəsi kimi qiymətləndirərək onun bu izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verdiyini hesab edir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini hüququ olmadan idarə edərək taksi fəaliyyəti ilə məşğul olması, svetoforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etməsi kimi xüsusatlarda nəzərə alınmalıdır. Göründüyü kimi, Şəxs nəyinki polisə həmçinin Qanunlara da tabe olmadığını bir daha hərəkətləri ilə nümayiş etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar isə müəyyən etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar