Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4122/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhər X6 İdarəsinin 19 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər X6 İdarəsinin 19 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində istifadə etdiyi **- TC-*** dövlət nömrə nişanlı Honda Accord markalı minik avtomobili ilə Yusif Səfərov küçəsi ilə üzü şəhər mərkəzi istiqamətində hərəkət edərkən X6 əməkdaşı tərəfindən barəsində xx.xx.2025-ci il tarixli İXP6919456 nömrəli protokol tərtib etmişdir. Bakı şəhəri X6 İdarəsi tərəfindən yuxarıda qeyd edilən protokol əsasında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsası ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-2043/2025 nömrəli qərarı ilə X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7086734 nömrəli qərar ləğv edilərək iş yenidən baxılması üçün yenidən X6 İdarəsinə qaytarılmışdır. X6 İdarəsi işə yenidən baxaraq svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsası ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair eyni məzmunda xx.xx.2025-ci il tarixli TP7258900 nömrəli qərar qəbul etmişdir. Lakin bildirir ki, sözügedən qərarla razı deyil, onun tərəfindən sözügedən maddədə nəzərdə tutulan inzibati xəta törədilməmiş və sözügedən qərarda qeyd edildiyinin əksinə olaraq heç bir halda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməmişdir. DYP tərəfindən də sözügedən inzibati xətanı törətdiyinə dair hər hansı bir sübut (xüsusi texniki vasitə ilə qeydə alınmış foto, video və s.) nə əyani qaydada, nə də elektron portal vasitəsilə təqdim edilməmişdir. Bildirir ki, onun tərəfindən hər hansı inzibati xəta (o cümlədən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) törədilməmişdir, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7258900 nömrəli qərar qeyri-qanunidir. Odur ki, Bakı Şəhər X6 İdarəsi tərəfindən 19 may 2025-ci il tarixli, TP ******* nömrəli qərarın səlahiyyətli orqana qaytarılmadan birbaşa ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş Bakı Şəhər X6 İdarəsinin 19 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın səlahiyyətli orqana qaytarılmadan birbaşa ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X6 İdarəsinin 19 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 20 fevral 2025-ci il tarixdə, saat 12:26-da «Honda Accord» minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər X6 İdarəsinin 19 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər X6 İdarəsinin 19 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4122/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4122/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver