Məhkəmə qərarları › İş №3(011)-4123/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4123/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4123/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X8 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, zərərçəkmiş şəxs X4 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs MMC-nin rəhbəri X13 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 45/2021 saylı, 10 iyun 2021-ci il tarixli, Şəki rayon məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, 05 iyul 2023cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da MMC-nin rəhbəri X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən 28 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəki rayon məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, 10 iyun 2021-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 15(112)- 259/2023 saylı, 05 iyul 2023-cü il tarixli icra sənədlərinin tələblərini Şəxs MMC-nin rəhbəri X13 təmin etməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzürlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs MMC-nin rəhbəri X13 barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, 10 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 (altmış yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti "İnter” MMC-dən tutularaq X6 ödənilməsi qət edilmişdir. Odur ki, Şəxs MMC-nin rəhbəri X13 barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X8 etibarnamə üzrə nümayəndəsi və vəkili X11 izahat verərək göstərdi ki, Şəki rayon məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, 10 iyun 2021-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, 05 iyul 2023-cü il tarixli icra sənədləri üzrə 2000 manat ödəniş olunmuşdur. Qalan ödənişlər mütəmadi olaraq olunacaq. Odur ki, göstərilənlərə əsasən o, Şəxs MMC-nin rəhbəri X13 barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X8 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(075)-1084/2023 saylı icra sənədindən görünür ki, iddiaçı X9 ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın "A4" blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilmiş və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC- dən tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 22 may 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs MMC-yə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 22 may 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs MMC-yə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-3054/2024 saylı, 06 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç) min manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023cü il tarixli 15(102)-73/2023 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)- 67/2023 nömrəli, 3 avqust 2023-cü il tarixli qərardadı söküntü, tikinti, yenidənqurma və hər hansı işlərin görülməsinin digər şəxslərə qadağan edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ərizə təmin edilməmişdir. Kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qərardad işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən 0.4984 ha torpaq sahəsinin qərb hissəsində olan, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsində yerləşən və "xxxx" MTK tərəfindən tikilmiş A2 adlanan blokun yerləşdiyi torpaq sahəsinə gedən yolun arasında çoxmənzilli binanın zirzəmiyə və yeraltı qaraja giriş-çıxışı təmin edən yolun yerləşdiyi torpaq sahəsinə aid hissədə icrasının dayandırılması, torpaq sahəsinin həmin hissəsindən istifadə edilməsinə üçüncü şəxs "xxxx" MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin sahədə söküntü, tikinti, yenidənqurma və hər hansı işlərin görülməsinin üçüncü şəxs "xxxx" MMC-yə qadağan edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 31 may 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs MMC-yə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 31 may 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs MMC-yə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, 10 iyun 2021-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı Şəxs MMC-nin - cavabdeh X7 qarşı müqavilənin ləğv olunması» tələbinə dair ilkin iddiası təmin edilmiş, "xxxx" MMC ilə X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ləğv olunmuş, iddiaçı X4 cavabdeh "xxxx" MMCyə qarşı müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı, 10 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 (altmış yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti "İnter” MMC-dən tutularaq X6 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 14 yanvar 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs MMC-yə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 14 yanvar 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs MMC-yə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-2108/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç) min manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin rəhbəri X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar