Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4140/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1, Şəxs qanuni təmsilçisi X4, tərcüməçi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən Türkiyə Respublikasının vətəndaşı Seda Çalışqanın iş icazəsi olmadan MMC-də memar vəzifəsində 27.09.2021-ci il tarixdən cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın vətəndaşın müraciəti zamanı aşkar edildiyini, icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları, izahat ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs qanuni təmsilçisi X7 göstəmişdir ki, cəmiyyətin direktoru özüdür və işə qəbul tərəfindən həyata keçirilir. İşə qəbul edilmiş bütün işçilərlə rəmi müqavilə bağlanılmışdır. İlk günlərdən Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq etmiş, qanun pozuntusuna yol verməmişdir. Türkiyə Respublikasının vətəndaşı Seda Çalışqan işlə bağlı cəmiyyətə müraciət etmiş, görüşmlər olsa da, işə qəbul edilməmiş, sonuncu hər hansı iş icra etməmişdir. Seda Çalışqan izahatında şirkətin rəhbərinin Cavid Alışov olduğunu, Nizami küçəsində restoranda işlədiyini bildirmiş, halbuki, qeyd etdiyi kimi şirkətin rəhbəri özü olmuş, həmçinin, ümumiyyətlə şirkətin Nizami küçəsində restoranı olmamaqla hər hansı bir iş görməmişdir. Seda Çalışqan avans aldığını bildirmiş, bununa bağlı hər hansı çeki təqdim etməmişdir. Dövlət Miqrasiya Xidmətinə çağırılan zaman Seda Çalışqanla əlaqə saxlanılmış, sonuncu İsmayıl İsmayılov tərəfindən təzyiq göstərilərək belə bir izahat verdiyini, halbuki, qeyd olunanların baş vermədiyini demişdir. X12 Miqrasiya Xidmətinə müraciət ünvanlamış, həmin müraciətində də, Şəxsndə işləmədiyini göstərmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs 10.07.2020-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, qanuni təmsilçisi X5; Türkiyə Respublikasının vətəndaşı Seda Çalışqanın izahatından görünür ki, o, bir aya yaxındı Brooks İnternationalda memar vəzifəsində işə başladığını, hazırkı tarixədək memar vəzifəsində çalışdığını, maaşının 3000 manat olduğunu, yeni başladığı üçün kar almadığını, avans olaraq indiyədək 2000 manat aldığını, şirkətin rəhbərinin Cavid Alışov olduğunu, şirkətin tikinti işləri ilə məşğul olduğunu, şirkətin Tarqovı küçəsində yerləşən restoranda tikinti təmir işləri dizayn gördüyünü, işləmək üçün icazə alınmadığını göstərmişdir. 22 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Türkiyə Respublikasının vətəndaşı Seda Çalışqanın iş icazəsi olmadan MMC-də memar vəzifəsində 27.09.2021-ci il tarixdən cəlb edilmişdir; Türkiyə Respublikasının vətəndaşı X11 Miqrasiya Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, “Miqrasiya İdarəsində işləyən İsmayıl İsmayılov mənə telefonla zəng etdi və "ünvanınızı yeniləyəcəyik" deyərək yanına çağırdı. İdarəyə getdim, mənə "izahat yaz" dedi. Mən də Azərbaycan dilini bilmədiyimi dedim. Sonra bir kağıza, İstanbuldan Bakıya gəldiyim tarixdən etibarən harada işlədiyim, nə işlə məşğul olduğum haqqında yazmağımı istədi. Bir həftə əvvəl X10. ilə görüşdüyümü, iş üçün müraciət etdiyimi və müraciət sənədlərimi təqdim etdiyimi, hələ araşdırma mərhələsində olduğunu və iş vizası üçün müraciət ediləcəyini bildirməyimə baxmayaraq, mənə kağıza Brooks İnternational lnc.də işlədiyimi yazmalı olduğumu bildirdi. İsmayıl İsmayılov “mən deyirəm sən yaz" deyərək işləmədiyim halda, məni yanılqıya salaraq və mənə təzyiq göstərərək Azərbaycan dilində yazmağa razı saldı. O, əsl cərimə kəsiləcək firma ilə maraqlanmayıb, həmin məbləğin işləmədiyim firmadan tutulması üçün təkid etmiş və Odeion Group MMC yə kəsilməli olan cəriməni X10-dən almaq istəməmişdir. Mən İstambulda olarkən mənə dəvətnamə göndərərək çağıran Odeion Group MMC firması mənə iş vizası almamış, məni qeydiyyatdan keçirməkdə gecikmiş və Miqrasiya İdarəsi tərəfindən bu firmaya cərimə kəsilmişdir. Odeion Group MMC firması cəriməni ödəməmişdir, Odeion Group MMC şirkəti məni çətin vəziyyətə saldığı üçün Badamdardakı 48-ci şöbəyə şikayət ərizəsi verdim. Qərar qəbul edilmiş və müvafiq iş Miqrasiya İdarəsində işləyən İsmayıl İsmayılova verilmişdir. İsmayıl İsmayılov, Odeion Group MMC-yə zəng edib cəriməni tələb etməli olduğu halda, hələ işləmədiyim və müraciət mərhələsində olduğum və görüşdüyüm X10. adlı firmanı çətin vəziyyətə salmışdır. X10-də heç bir iş prosesim olmayıb; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 578.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfində Türkiyə Respublikasının vətəndaşı Seda Çalışqanın işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. İnzibati xəta haqqında protokol Seda Çalışqanın izahatı əsasında tərtib edilmiş, lakin məhkəmə baxışı zamanı qeyd olunan izahat digər sübutlarla təsdiq edilməmiş, əksinə təkzib edilmişdir. Belə ki, Seda Çalışqan ilkin izahatında Şəxsndə işlədiyini göstərsə də, daha sonra Dövlət Miqrasiya Xidmətinə ünvanladığı müraciətində Azərbaycan dilini bilmədiyini, bir həftə əvvəl X10. ilə görüşdüyünü, iş üçün müraciət etdiyini və müraciət sənədlərini təqdim etdiyini, hələ araşdırma mərhələsində olduğunu və iş vizası üçün müraciət ediləcəyini bildirməyinə baxmayaraq, ona kağıza Brooks İnternational lnc.-də işlədiyini yazmalı olduğunu, bu səbəbdən yazdığını, Brooks İnternationaldə heç bir iş prosesinin olmadığını göstərmişdir. Həmçinin, Seda Çalışqan ilkin izahatında şirkətin rəhbərinin Cavid Alışov olduğunu qeyd etmiş, halbuki, MMC-nin rəhbəri X6muş, sonuncu Seda Çalışqanın tərəfindən hər hansı işə cəlb edilmədiyini bildirmişdir. Bundan başqa, Seda Çalışqan ilkin izahatında şirkətin Tarqovı küçəsində yerləşən restoranda tikinti təmir işləri dizayn gördüyünü bildirmiş, lakin, X7 ümumiyyətlə şirkətin Nizami küçəsində restoranının olmadığını və hər hansı bir iş görmədiyini qeyd etmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1ci maddəsində nəzərdə tutulan xatanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyində inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4140/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4140/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver