Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4141/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 09 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət qızıl dəst, brilliant qaşlı qızıl nişan üzüyü, gül formalı brilliant qaşlı qızıl üzük, səkkiz brilliant qaşlı qızıl üzük, qızıl sırğa alınaraq X3 verilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Lakin o, icra vərəqəsini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində işləmişdir, radiasiya səbəbi ilə qığırdağı yeyilib, başında şiş var. Pensiya alır, onunla dolanırlar. Tələbkara qızıllardan ikisini vermişdir. Digər qızıllardan ikisini hazırda təqdim edir ,lakin tələbkar bununla razılaşmır. Qızılı satıb pulunu vermək ona sərf etmir. Bu xüsusatları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 bildirmişdir ki, Şəxs 2017-ci ildən bu günədək onu aldadır, icra vərəqəsini qərəzli olaraq muxtəlif bəhanələrlə icra etmir. 2018-ci ildən 5 qızıldan yalnız ikisi ona təqdim olunmuş və digərlərinin satıldığı ona bildirilmişdir. Üç ədəd qızıldan yeddi ildən sonra ikisini təqdim edir və həmin təqdim etdiyi qızıllar ona aid deyil. Bu səbəbdən qətnamədə göstərilən məbləği ondan tələb edir. Bir qətnamə səkkiz ilə yaxındır ki icra olunmur bu səbəbdən Şəxs barəsində həbs tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs üzük, sırğa, qolbaq və boyunbağıdan ibarət qızıl dəst, brilliant qaşlı qızıl nişan üzüyü, gül formalı brilliant qaşlı qızıl üzük, səkkiz brilliant qaşlı qızıl üzük, qızıl sırğa alınaraq X3 verilməlidir. Qızıl-zinət əşyalarının dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: qızıl boyunbağı, bilərzik, sırğa və üzük dəstini dəyəri 2000 manat, brilliant qaşlı qızıl nişan üzüyünün dəyəri 1100 manat, gül formalı brilliant qaşlı nişan üzüyünün dəyəri 1000 manat. Səkkiz brilliant qaşlı qızıl üzüyünün dəyəri 1100 manat, qızıl sırğanın dəyəri 300 manat. Qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmazsa onların dəyəri Şəxs alınaraq X3 verilməlidir. Şəxs ödənilmiş rüsuma görə 30 manat alınaraq X3 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünü ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9464/2017 saylı icra vərəqəsinin icrasına xx.xx.2018-ci il tarixdə başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, borclu 02 ədəd qızıl üzük ziynət əşyasını tələbkara təqdim etmiş, tələbkar həmin ziynət əşyalarının ona məxsus olmadığını əsas gətirərək təhvil almaqdan imtina etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X1 adlı azyaşlı övladları var. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs icra sənədi üzrə icraata başlanıldığı xx.xx.2018-ci il tarixdən bu günədək onu qərəzli olaraq icra etməmiş, icrasından yayınmışdır və bu səbəbdən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Qızılın mövcud olduğu təqdirdə uzun zaman kəsiyində təqdim edilməməsi artıq Şəxs qərəzli olaraq qətnaməni icra etməməsindən xəbər verir. Məhkəmə iclasında müəyyən edildi ki, üçüncü qızıl əşya ümumiyyətlə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı övladlarının olması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4141/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4141/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver