Məhkəmə qərarları › İş №3(011)-4142/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4142/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4142/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə, Şəxs sədri X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8 iş və xidmətlərə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın vətəndaşın müraciəti zamanı aşkar edildiyini, icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları, izahatı ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs sədri X6 göstəmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr 2942 A ünvanında yerləşən və "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binaları rəsmən dövlətə təhvil (Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi) verildikdən sonra mənzil-kommunal sahəsində idarəetmə sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində "xxxx" MMMC yaradılmışdır. (AR Ədliyyə Nazirliyinin qeydiyyatı 2021-ci il 25 iyun tarixli 1121-MM8-0212 nömrəli). Keçmiş "xxxx" MTK çalışmış X1 ştatı üzrə çalışmaq üçün yeni yaradılmış cəmiyyətə müraciət ünvanlamışdır. Cəmiyyətin idarə heyəti vakant olan ştatlar üzrə müraciət etmiş namizədlərin xüsusi peşə, təhsil və digər keyfiyyət uyğunluğunu araşdırarkən məlum olmuşdur ki, X1 ştatında çalışmaq üçün tələblərə cavab vermir. Belə ki, X12 binada kirayədə qaldığı üçün sahə mülkiyyətçisi hesab edilmir və məhz buna görə də MMMC-nin idarəetmə orqanında təmsil oluna bilməz. Buna görə, X12 işə qəbul edilməmiş, bundan sonra sonuncu əsassız şikayətlər etməyə başlamışdır. X8 "xxxx" MTK-nın dövründə işləmiş, Şəxs yaradıldıqdan sonra Ramin orada bir gün belə işləməmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X14 izahatında göstərmişdir ki, 2016-cı ilin dekabr ayından həmin binada yaşayır və sakindir. Əvvəllər binaya rəhbərliyi "xxxx" MTK-nın işçisi Elbrus etmiş, həmin şirkət təxminən iyul ayına kimi orada fəaliyyət gösətmişdir. X8 tanımış, sonuncu "xxxx" MTK-nın dövründə komendant kimi işləmişdir. Şəxs yaradıldıqdan sonra Ramin orada bir gün belə işləməmiş, həmin vəzifəni bir müddət X6 icra etmişdir. Ramin cəmiyyətə işə düzəlmək istəmiş, lakin razılıq verilməmiş, buna görə əsassız şikayət etmişdir. Sakinlərin iştirakı ilə keçirilən iclasda Raminin vəzifəyə təyin edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, həmin binada mühafizəçi işləyir. X8 tanımış, sonuncu "xxxx" MTK-nın dövründə işləmiş, Şəxs yaradıldıqdan sonra Ramin orada işləməmişdir. Cəmiyyət yaradıldıqdan sonra komendant vəzifəsini Tərlan müəllim, sonra isə Seymir icra etmişdir. Sakinlərin iştirakı ilə keçirilən iclasda Raminin vəzifəyə təyin edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə iclasında şahid X10 izahatında göstərmişdir ki, həmin binanın sakinidir və oktyabr ayından binada komendant vəzifəsində çalışır. X8 tanımış, sonuncu "xxxx" MTK-nın dövründə komendant işləmiş, Şəxs yaradıldıqdan sonra Ramin orada ümumiyyətlə işləməmişdir. Sakinlərin iştirakı ilə keçirilən iclasda Raminin vəzifəyə təyin edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, inzibati orqanın, cəmiyyətin nümayəndəsinin və şahidlərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs 25.06.2021-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, qanuni təmsilçisi X4r; X7 X9 ünvanladığı ərizəsindən görünür ki, o, sakinlərin iştirakı ilə keçirilən iclasda komendant vəzifəsinə təyin edilmiş, iyul ayında işə qəbul edilmiş, buna baxmayaraq ona əmək haqqı ödənilməmiş, bu səbəbdən tədbir görülməsini xahiş etmişdir; 22 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir; Şəxs işçiləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X12 Şəxsnə işə götürülməmiş, MMMC-də işə cəlb edilməmiş, heç bir əməyi olmamışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfində X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol X7 izahatı əsasında tərtib edilmiş, lakin məhkəmə baxışı zamanı qeyd olunan izahat digər sübutlarla təsdiq edilməmiş, əksinə təkzib edilmişdir. Müəyyən edilmişdir ki, bina əvvəl "xxxx" MTK-nın balansında olmuş, 25.06.2021-ci il tarixdə sakinlər tərəfindən Şəxs yaradılmış və dövlət qeydiyyatından keçmiş, qanuni təmsilçisi X6 olmuşdur. X7 "xxxx" MTK-nın dövründə həmin binada işləməsini tərəflər mübahisələndirməmişlər. MMMC yaradıldıqdan sonra X12 ərizə ilə müraciət edərək işə qəbul edilməsini xahiş etsə də, Mənzil Məcəlləsinin 121-ci maddəsinə əsasən binada mülkiyyətçi olmadığından işə qəbul edilməmiş, bundan sonra sonuncu X9 şikayət etmişdir. Şəxs işçiləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X12 Şəxsnə işə götürülməmiş, MMMC-də işə cəlb edilməmiş, heç bir əməyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş sakinlər X14, X2 və X10 da izahatlarında X7 "xxxx" MTK-nın dövründə komendant işlədiyini, Şəxs yaradıldıqdan sonra Raminin orada ümumiyyətlə işləmədiyini göstərmişlər. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xatanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyində inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43- 48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar