Məhkəmə qərarları › İş №3(011)-4145/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4145/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4145/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi X5 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X22 tərəfindən qəbul edilmiş MN1291129 saylı, 26 sentyabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edəərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X22 tərəfindən qəbul edilmiş MN1291129 saylı, 26 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqinda qərarı xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsi tərəfindən o, fərdi sahibkar X6 inzibati qaydada İXM 192.1-ci maddəsinə əsasən 4000 azn cərimələnmişdir. Qərarda müəyyən edilmişdir ki, o, İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X15 işlərə cəlb etmişdir. Bu fakt polis əməkdaşları tərəfindən müəyyənləşib və X21 Xidməti Bakı şəhəri İdarəsinə məlumat verilib.Polis əməkdaşları tərəfindən edilən müraciət tamamilə fərqli şəxs üçün X16 barəsində edilib. Lakin, müfəttişlik X23 barəsində inzibati məsuliyyətə cəlb edib. Məhkəmənin diqqətinə çatdırır ki,X25 ilə müddətsiz əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə yazılı olaraq bağlanmışdır. Həmin şəxs azyaşlı olduğu üçün onun qanuni nümayəndəsinin razılığının alınması müəyyən vaxt tələb etdiyindən sistemdə texniki səhv nəticəsində yubanmalar olmuşdur. O, İİİ qrup əlildir və hərəkət məhdudiyyəti vardır. Dövlətdən təqaüd alır. Qeyd edilən texniki məsələlərdən məlumatı yoxdur. Rüblük bəyyannamələrini və işçi işə daxil edilmə məsələlərini kənarda bu işlə məğul olan şəxslərdən xahiş edir ki etsinlər. X2 ilə əmək müqaviləsi olub və ona gündəlik 4 saat iş qrafiki ilə işlə təmin etmişdir. Həmin iş yeri parkın içində yerləşir və fast-food satışı ilə əhaliyə xidmət göstərir.Əksər vaxtlarda səhətilə bağlı iş yerində olmur və polis tutduğunu iddia etdiyi şəxsin işə cəlb edilməsi günü, ondan qabaqkı və ondan sonrakı günləri işdə olmamışdır. Bu səbəbdən inzibati xətanın onunla heçbir əlaqəsi yoxdur.Qeyd etdiyi kimi, İİİ qrup əlildor. Əmək Nazirliyi ona bu tərəfdən təqaüd ayırır,digər tərəfdən başqa bir qurumu həmin təqaüdü cərimə adı ilə ondan alır.Əlil olduğu üçün iş tapmaqda çətinlik çəkirdi. Bu səbəbdən özü iş qurmaq niyyəti ilə ətrafından olan insanlardan borc-xərc edərək bu işi qurmuşdur. Hələdə borclarını verib qurtarmamışdır. Bu tərəfdən də əsassız olaraq 4000 azn cərimələnməyi çətin olan maliyyə vəziyyəti dahada çətinləşdirir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 bildirmişdir ki, X25 ilə bağladığı əmək müqaviləsində əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü il qeyd olunmuş olsa belə, faktiki olaraq X25 xx.xx.2023-cü il tarixində işləmişdir. Onun əmək müqaviləsində işə başlama tarixinin xx.xx.2023-cü il qeyd olunma səbəbi sadəcə olaraq əmək haqqını tam alması məqsədi ilə olmuşdur. Bir daha qeyd etmişdir ki, o, faktiki olaraq X15 xx.xx.2023-cü il tarixdən işlərə cəlb etmişdir. X25 yetkinlik yaşına çatmayan şəxs olduğu üçün anasının razılığı alınmışdır. Məhkəməyə təqdim etdiyi iş vaxtının uçotu tabelindən görünür ki, Rüstəmov Fuad xx.xx.2023-cü il tarixdən işlərə cəlb edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə əssasız olduğu üçün ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi X17 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X22 tərəfindən qəbul edilmiş MN1291129 saylı, 26 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tam qanuni qəbul edilib. Belə ki, X10 daxil olmuş Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X25 əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə X25 arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmış, lakin sistemə xx.xx.2023-cü il tarixdə əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, X9 polis əməkdaşları izahat alarkən o bildirmişdir ki, onunla əmək müqaviləsi bağlanmadan işlərə cəlb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 bildirmişdir ki, o, faktiki olaraq xx.xx.2023-cü il tarixində işləmişdir. Anasının razılığı alındıqdan sonra işə başlamışdır. Polis əməkdaşları onu xx.xx.2023-cü il tarixində yolda saxlamış və onu 36-cı PB-nə aparmışlar. Polis İdarəsində vermiş olduğu izahatı təsdiq etmir. Çünki, qeyd olunan izahatı təzyiq altında vermişdir. Məhkəmədə vermiş olduğu izahatının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 26 sentyabr 2023-cü il tarixli, MN1291129 saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 4000 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yetkinlik yaşına çatmayanların qanunazidd əməllərə cəlb edilməsi və onların əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası DİN-in 04 noyabr 2009-cu il tarixli 61 nömrəli göstərişinə əsasən Xətai RPİ-nin 36-cı PŞ-nin YYCİU inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati ərazidə xidmət aparan zaman Xətai rayonu Cavanşir Məmmədov küçəsində yerləşən X11 xx.xx.2006-cı il təvəllüdlü X4 işləməsi və onun əməyinin istismar edilməsi aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən X12 rəhbərliyi əmək müqaviləsi olmadan yetkinlik yaşına çatmayan xx.xx.2006- ci il təvəllüdlü X18 qeyriqanuni olaraq 8 saat avtomobil yolunda velosipedlə təhlükəli əmək fəaliyyətinə cəlb etmişdir. Bakı şəhəri, Xətai rayonu, Xətai rayonu Cavanşir Məmmədov küçəsində yerləşən X11 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X19 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək müqaviləsi (kontrakt) bağlamadan, uşaqların həyat ve sağlamlıqlarına və mənəviyyatlarına təhlükə yaradan fəaliyyətə cəlb edərək, ona hüquq və vəzifələrini, eyni zamanda texniki təhlükəsizlik qaydalarını izah etməmişdir. Bununla da, Bakı şəhəri, Xətai rayonu, Cavanşir Memmedov küçəsində yerləşən X12 rəhbərliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərini kobud surətdə pozmuşdur. X21 Xidməti Bakı şəhər İdarəsinin X13 ünvanlanmış 03 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X1 X11 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Xətai Rayon Polis İdarəsinin ünvanladığı müraciətə X21 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq X14 əmək hüquqlarının pozulması barədə Xətai Rayon Polis İdarəsi tərəfindən ünvanlanmış müraciətə aydınlıq gətirməyinizi ve ona aid olan sənədlərin suretlerinin (imza, möhür, əsli ilə düzdür qeydi) 7 iş günü ərzində X21 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, X37 pr-ti, 87A) təqdim edilməsi xahiş olunur. X14 anası X7 xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü oğlu X14 əmək qanunvericiliyinə əsasən işləməsinə və əmək müqaviləsi bağlamasına etiraz etmir. X7 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, “Best Burger”-in müdiri X6 tərəfindən oğlu X20 əmək haqqı olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 162 manat pul ödənilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə X25 arasında əmək müqaviləsi bağlanmış, müqavilədə işə başlama tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin tarixi xx.xx.2023-cü il, müqavilənin növü müddətsiz, əməyin ödənilməsi forması vaxtamuzd, işçinin aylıq əmək haqqı 200 manat olaraq qeyd edilmişdir. Sistemə daxil edildiyi tarix xx.xx.2023-cü il olaraq qeyd edilmişdir. X6 tərəfindən məhkəməyə təqdim edilmiş iş vaxtının uçotu tabelindən görünür ki, X14 iş günləri xx.xx.2023-cü il tarixdən başlayır. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materillarından, sadalanan qanunlarının normalarından və məhkəmə iclasında tərəflərin izahatından müəyyən olunur ki, X25 faktiki olaraq xx.xx.2023-cü il tarixdən işə başlamışdır. Belə ki, iş materillarına əlavə edilmiş X14 izahatında onunla əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi qeyd olunsa da, məhkəmə iclas zalında şahid xx.xx.2023cü il tarixdə işə başladığını, iş materiallarında olan izahatı isə polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün ifadə verdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 barəsində aparılan icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 103-cü maddələrinin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Balakişyev Cəlil tərəfindən qeyd edilən pozuntu faktı barədə X10 14 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məlumat verilmiş, 03 avqust 2023-cü il tarixdə isə X21 Bakı şəhər İdarəsi tərəfindən Best Burger dönərxasına məktub ünvanlanmış, 14 sentyabr 2023-cü il tarixdə inzibati protokol tərtib edilmiş, 26 sentyabr 2023-cü il tarixdə isə X6 barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərdən müəyyən olunur ki, X21 xidməti qeyd edilən pozuntu barəsində 03 avqust 2023-cü il tarixdə məlumatlı olsa da, lakin bir aydan uzun müddətə protokol tərtib edilmiş bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinin, həmçinin inzibati protokol tərtib olunduqdan sonra 12 gün ərzində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə həmin məcəllənin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, 26 sentyabr 2023-cü il tarixli, MN1291129 sayılı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, MN1291129 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar