Məhkəmə qərarları › İş №3(011)-4145/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4145/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4145/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl ada küçəsi, ev 1 ünvanı olan Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 14000-00973/24 saylı, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 10 iyul 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********4063, **********4065, **********4068, **********4072, **********4070, **********4051, **********4057, **********4060 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduranda rəsmiləşdirilən Çindən ünvanına gələn 8 ədəd 2024-cü il buraxılışlı, "Changan Qiyuan" markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə UD866DD/XX628X nömrəli daşıyıcı yük avtomobilinin üzərində "Samur" gömrük postundan keçərək ölkə ərazisinə daxil olmuşdur. X1-Təhqiqat şöbəsinə Future Zone" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsinin təqdim olunmaması ilə əlaqədar 3-33-3300/012/002545 nömrəli xx.xx.2024-cü il tarixli raport daxil olmuşdur. Raportun araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına gələn 8 ədəd 2024-cü il buraxılışlı, "Changan Qiyuan" markalı nəqliyyat vasitəsi **********4063, **********4065, **********4068, **********4072, **********4070, **********4051, **********4057, **********4060 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Dövlət Gömrük Komitəsinin "X2 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışdan görünür ki, "xxxx" MMCnin ünvanına gələn 8 ədəd 2024-cü il buraxılışlı, "Changan Qiyuan" markalı nəqliyyat vasitəsi Samur gömrük postunu 09 iyul 2024-cü il tarixdə keçmişdir. Dövlət Gömrük Komitəsinin "X2 Sistemi" informasiya resursundan "qısa idxal/ixrac bəyannamələri" barədə çıxarışdan görünür ki, həmin nəqliyyat vasitələrinə dair xx.xx.2024-cü il tarixdə **********2575 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Lakin qısa idxal bəyannaməsində D866DD/XX628X nömrəli daşıyıcı yük avtomobilinin nömrəsi düzgün göstərilməmişdir. Belə ki, qısa idxal bəyannaməsində D866DD/XX628X nömrəsi deyil, 70539PBA/709248AA qeyd olunmuş, "Future Zone” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə Dövlət Göçmrük Komitəsinə təhrif olunmuş məlumatlar verilmişdir. İdxalatçı tərəfindən qısa idxal bəyannaməsində düzgün olmayan məlumat göstərildiyi üçün gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İnzibati protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, "xxxx" MMC-nin ünvanına gələn 8 ədəd 2024-cü il buraxılışlı, "Changan Qiyuan" markalı nəqliyyat vasitəsi Samur gömrük postunu 09 iyul 2024-cü il tarixdə keçmişdir. Dövlət Gömrük Komitəsinin "X2 Sistemi" informasiya resursundan "qısa idxal/ixrac bəyannamələri" barədə çıxarışdan görünür ki, həmin nəqliyyat vasitələrinə dair xx.xx.2024-cü il tarixdə **********2575 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Lakin qısa idxal bəyannaməsində D866DD/XX628X nömrəli daşıyıcı yük avtomobilinin nömrəsi düzgün göstərilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar