Məhkəmə qərarları › İş №3(011)-4147/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4147/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4147/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakları ilə, X4 Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən onun haqqında verdiyi saxta xx.xx.2023-cü il tarixli qərar ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə çatmışdır. Onun idarə etdiyi VAZ-2107 markalı avtomobili 504 saylı Bakı şəhər yol polisinin əməkdaşları xx.xx.2023-cü il tarixdə saxladıb apararaq Nizami rayonunda yerləşən dayanacaqda qoymuşlar. Bu fakta həmin dayanacaqdakı qeydiyyat kitabçası əyani sübutdur. Saxta qərarı hazırlayan Bakı şəhəri BPİ DYP-nin baş inspektoru polis mayoru Emin Süleymanov yazır ki, avtomobil guya xx.xx.2023-cü il tarixdə saxlanılıb, halbuki həmin gün avtomobil də o da Bərdə rayonunda olmuşdur. İkincisi, avtomobil Xətai rayonunun Sarayevo küçəsində saat 11:30-da saxlanıldığı halda qərarda saxta olaraq göstərilir ki, guya avtomobil General Şıxlinski küçəsində saat 18:20-də saxlanılıb. Üçüncüsü, qərarda göstərilir ki, guya avtomobildə struktur dəyişikliyi edilmiş, dayanacaqdan çıxarılan zaman həmin struktur dəyişikliyi qaydasına salınmışdır. Bu faktın özü şər böhtandan başqa bir şey deyildir. Avtomobil 17 gün dayanacaqda qalmışdır, onlara hər günə 5 manat pul ödəməli olduğu halda ödəniş almamışlar. Qeyd olunanlara əsasən Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X6 tərəfindən İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, xx.xx.2023-cü il tarixdə texniki səhv olaraq 21 may 2023-cü il tarixdə avtomobilin saxlanıldığı göstərilmişdir. Hadisə isə 26 may 2023-cü il tarixdə baş vermişdir. Göstərilənlərin nəzərə alınaraq X4 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin yol patrul xidməti inspektoru X9 izahatında göstərdi ki, X4 idarə etdiyi VAZ-2107 markalı avtomobili tərəflərindən xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin və şahidin izahatlarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, fiziki şəxs X6 21 may 2023-cü il tarixində saat 18:20 radələrində ünvan 1 ünvanında idarə etdiyi VAZ 21074 minik markalı avtomobil hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış, barəsində İXM-nin 342.2.3-cü maddəsinə əsasən 150 manat cərimə tətbiq edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixli 3(011)-2563/2023 nömrəli qərarından görünür ki, X4 şikayəti qismən təmin edilərək Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP578139 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni əqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən fiziki şəxs X6 21 may 2023-cü il tarixində saat 18:20 radələrində ünvan 1 ünvanında idarə etdiyi VAZ 21074 minik markalı avtomobil hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış, barəsində İXM-nin 342.2.3-cü maddəsinə əsasən 150 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. X2 şikayət ərizəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X12 tərəfindən onun haqqında verdiyi saxta xx.xx.2023-cü il tarixli qərar ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə çatmışdır. Onun idarə etdiyi VAZ-2107 markalı avtomobili 504 saylı Bakı şəhər yol polisinin əməkdaşları xx.xx.2023-cü il tarixdə saxladıb apararaq Nizami rayonunda yerləşən dayanacaqda qoymuşlar. Bu fakta həmin dayanacaqdakı qeydiyyat kitabçası əyani sübutdur. Saxta qərarı hazırlayan Bakı şəhəri BPİ DYP-nin baş inspektoru polis mayoru Emin Süleymanov yazır ki, avtomobil guya xx.xx.2023-cü il tarixdə saxlanılıb, halbuki həmin gün avtomobil Bərdə rayonunda olmuşdur. İkincisi, avtomobil Xətai rayonunun Sarayevo küçəsində saat 11:30-da saxlanıldığı halda qərarda saxta olaraq göstərilir ki, guya avtomobil General Şıxlinski küçəsində saat 18:20-də saxlanılıb. Üçüncüsü, qərarda göstərilir ki, guya avtomobildə struktur dəyişikliyi edilmiş, dayanacaqdan çıxarılan zaman həmin struktur dəyişikliyi qaydasına salınmışdır. Bu faktın özü şər böhtandan başqa bir şey deyildir. Avtomobil 17 gün dayanacaqda qalmışdır, onlara hər günə 5 manat pul ödəməli olduğu halda ödəniş almamışlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X6 tərəfindən İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, xx.xx.2023-cü il tarixdə texniki səhv olaraq 21 may 2023-cü il tarixdə avtomobilin saxlanıldığı göstərilmişdir. Hadisə isə 26 may 2023-cü il tarixdə baş vermişdir. Həmin xüsusatlar iş üzrə şahid qismində dəvət edilmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin yol patrul xidməti inspektoru X9 izahatı ilə də bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iclasında X6 izahatında bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən və izahatı alınmadan barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, hadisənin baş vermə vaxtı ilə də bağlı uyğunsuzluq olmuşdur ki, həmin hal da yenidən araşdırma tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X12 İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar