Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-416/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Naxçıvan MR, Culfa rayonu, Xoşkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 yanvar 2022-ci il tarixli qərardan və inzibati xəta haqqında 09 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 18.01.2022-ci il tarixdə saat 18 radələrində ailə-məişət münaqişəsi zəminində tərəflər arasında yaranmış mübahisə zamanı Şəxs keçmiş arvadı X4 vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununlada Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 09 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, X6 ilə 1998-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 4 övladı anadan olmuşdur. Onun övladı 2001-ci il təvəllüdlü X9 2020-ci ildə 44 günlük müharibə zamanı şəhid olmuşdur. Keçmiş həyat yoldaşı Fərqanə ilə rəsmi olaraq 2020-ci ildə boşanmışlar. 18.01.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində qızını görmək üçün keçmiş həyat yoldaşı Fərqanənin yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 3 saylı binaya gəlmişdir. Lakin qapını döyməyinə baxmayaraq heç kim açmamışdır. Həmin vaxt Fərqanənin gəldiyini görmüşdür və sonuncu ona hücüm etdiyi üçün o, özünü müdafiə etmək üçün onu itələmiş və pilləkənlərdən qaçıb getmişdir, lakin ona heç bir xəsarət yetirməmişdir, sadəcə olaraq itələmişdir. Göstərilənlərə əsasən o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Şəxs ilə ilə 1998-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 4 övladı anadan olmuşdur. Onun övladı 2001-ci il təvəllüdlü X9 2020-ci ildə 44 günlük müharibə zamanı şəhid olmuşdur. Keçmiş həyat yoldaşı Oruc ilə rəsmi olaraq 2020-ci ilin sentyabr ayında boşanmışlar. Lakin həmin vaxtdan bugünə qədər Oruc onun qabağını kəsərək dəfələrlə ünvanına nalayiq ifadələr işlətmişdir. 18.01.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 3 saylı binanın 14-cü mərtəbəsinə qalxan zaman Orucun qapının ağzında dayandığını görmüş və ondan çıxıb getməsini istəmişdir. Lakin Oruc giriş qapısının ağzında onunla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmiş və dəfələrlə üz və baş nahiyəsindən vuraraq bədən xəsarətləri yetirmişdir. Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X7 09 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 19 yanvar 2022-ci il tarixli, 75 saylı ekspert rəyindən görünür ki, X2 üst dodağın qansızması, sağ budun qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.01.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində 12.05.2010-cu il təvəllüdlü X12 və X13 vardır. 28.01.2001-ci il təvəllüdlü X9 isə 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Fərqanə Bağırovanı vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki övladının olmasını, bir övladının şəhid olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-416/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-416/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver