Məhkəmə qərarları › İş №3(011)-417/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-417/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-417/2021 21.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(011)-4993/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli, 2(011)-10738/2016 saylı, xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı, xx xxx 2019-cu il tarixli, 2(011)-3160/2019 saylı icra sənədləri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxsna yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrn icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı icra vərəqəsinə əsasən ondan 47000 (qırx yeddi min) manat alınaraq X5 verilməlidir. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı icra vərəqəsinə əsasən ondan 10000 (on min) ABŞ dolları alınaraq X1 verilməlidir. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-3160/2019 saylı icra vərəqəsinə əsasən ondan 25000 (iyirmi beş min) ABŞ dolları alınaraq Ömərov Romana verilməlidir. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(011)-10738/2016 saylı icra vərəqəsinə əsasən ondan 8000 (səkkiz min) manat alınaraq X2 verilməlidir. Hazırda 68 yaşı var və təqaüdçüdür. Məhkəmə qərarı ilə qət olunmuş pulları ödəmək onun maddi imkanları xaricindədir. Yaşadıqları fərdi yaşayış evini sataraq əldə olunmuş vəsait hesabına həmin pulları ödəmək niyyətindədir. Lakin ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi tədbirləri ilə əlaqədar evi hələki sata bilməmişdir. Əməlindən səmim peşmandır və qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 47000 (qırx yeddi min) manat alınaraq ona verilməlidir. Şəxs qətnamənin icrasında qərəzli olaraq yayınmış, pulunu tələb etmiş, Şəxs vəd versə də pulunu qaytarmamışdır. Şəxs barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı icra sənədindən görünür ki, Şəxs 47000 (qırx yeddi min) manat alınaraq X5 verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı icra sənədindən görünür ki, Şəxs 10000 (on min) ABŞ dolları alınaraq X1 verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-3160/2019 saylı icra sənədindən görünür ki, Şəxs 25000 (iyirmi beş min) ABŞ dolları alınaraq Ömərov Romana verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(011)- 10738/2016 saylı icra sənədindən görünür ki, Şəxs 8000 (səkkiz min) manat alınaraq X2 verilməlidir. icraata başlama haqqında qərarların və tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(011)-4993/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli, 2(011)-10738/2016 saylı, xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı, xx xxx 2019-cu il tarixli, 2(011)-3160/2019 saylı icra sənədlərinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(011)-4993/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli, 2(011)- 10738/2016 saylı, xx xxxx 2019-cu il tarixli, 2(011)-4021/2019 saylı, xx xxx 2019-cu il tarixli, 2(011)-3160/2019 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, ağırlaşdıran halların müəyyən edilməməsini, altmış yaşına çatdığından barəsində inzibati həbs tətbiq edilməsinin qanunvericiliklə qadağan edilməsini və habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar