Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4185/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şaiq Heydərlinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi Samid Cəfərovun, tələbkar X1 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şaiq Heydərli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 10 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1937/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2323/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqələrinə əsasən toplanmış 873 manat aliment tələbkara ödənilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Şaiq Heydərli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu Şəxs aliment borcunu ödəmək üçün maddi imkanı olmadığını bildirərək onun ödənilməsindən yayınır. Son 03 ay ərzində aliment borcunu ödəməmişdir. Nəticədə 873 manat aliment borcu toplanmışdır. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 2010-cu ildən bu günə qədər alimet ödəyir. Daimi iş yeri yoxdur. İşlədiyi zaman əməkhaqqı ilə, işləmədiyi zaman isə əşyalarını sataraq aliment ödəmişdir. Hər zaman vaxtlı-vaxtında borcunu ödəmişdir, işsiz olduğu üçün son 3 ayda ödəniş edə bilməmişdir. Alimentin ödənilməsindən yayınmır, əməkhaqqı veriləndə təxminən ay sonuna qədər toplanmış borcu ödəyəcəyini bildirmişdir. Bu xüsusatı nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 bildirmişdir ki, Şəxs işsiz olduğunu əsas gətirərək 12 il əzində aliment borcunu ödəməmişdir. İşlə təmin olunduğunu öyrəndikdə o, icra şöbəsinə müraciət etmiş, aliment borcunun ödənilməsinin onun əməkhaqqına yönəldlməsinə nail olmuşdur. Birdəfəlik isə Şəxs borcun xeyli hissəsini ödəmişdir. Hal-hazırda isə 3 ay ərzində ödənilməmiş aliment borcu toplanmışdır. Övladı xəstə olduğu üçün onun müalicəsi məqsədilə 2022-ci il tarixdən başlayaraq əlavə olaraq ona 75 manat pul vəsaitinin ödənilməli olduğunu bildirmişdir. Borclunun aliment borcunu ödəmədiyini bildirərək barəsində tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-1937/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsi çün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq X3 müalicəsinin davam etdiyi müddətdə Şəxs hər ay 75 (yetmiş beş) manat məbləğndə sabit pul şəklində vəsait tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 30 avqust 2010-cu il tarixdən başlayaraq 11 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında aliment X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs Elmar Qasımovdan başqa xx.xx.2012-ci il təvəllüdlü X5 adlı azyaşlı övladı var. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan Şəxs verdiyi izahatında borcunun olmasını qəbul etməsi, onun mütəmadi ödənişlər etməsi, 2010-cu il tarixdən aliment borcunu davamlı ödəməsi, hazırda maddi imkanı olmadığından 03 aylıq borcunu ödəyə bilməməsi, ay sonuna qədər həmin borcu ödəyəcəyinə söz verməsi, borcunu ödəməkdən imtina etməməsi, himayəsində azyaşlı övladının olması müəyyən edilmişdir. Bu hallar onun icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını təsdiq edir. Şəxs 14 il ərzində ödədiyi borcun 03 ay hissəsinin maddi imkanı olmaması səbəbindən ödəməməsi qərəz kimi qiymətləndirilməməlidir. Həmçinin onun himayəsində başqa azyaşlı övladının olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, Şəxs tələbkarların hesabına ödənişlər etmiş, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmamış, icra məmurunun qanuni tələblərindən üzrsüz səbəbdən yayınmamışdır və iş üzrə bunun əksini təsdiq edən sübutlar (Şəxsnın əlavə gəlirlərinin mövcud olması, borcun ödənilməsinə yönəldilə biləcək əmlakı gizlətməsi, icra məmurunun çağırışlarına gəlməməsi və s.) mövcud deyildir. Bu isə onun qərəzli olaraq icradan boyun qaçırmamasını bir daha sübut edir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxsnın əməlində qərəz olmadığından və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4185/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4185/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver