Məhkəmə qərarları › İş №3(011)-4195/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4195/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4195/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Suraxanı Rayon İcra Hakimiyyətinin 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayət ərizəsində qeyd etmişdir ki, barəsində xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsin 33-cü Polis Bölməsinin sahə rəisi polis mayoru Azər Nəsirov MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. X7 Məcəlləsinin 395-ci maddəsi üzrə tərtib edilmişdir. Daha sonra sahə rəisi barəsində İXM-nin 359-cu maddəsinə əsasən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 300 manat cərimə etmişdir. Tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Xətai Rayon Məhkəməsinə şikayət verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(011)-2964/2022 saylı qərarı ilə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xilam verilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Amma çox maraqlıdır ki, Suraxanı rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubla müvafiq inzibati xəta haqqında protokolu Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim etmiş və həmin İcra Hakimiyyəti həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, 18 saylı inzibati xəta haqqında qərar qəbul edərək məni 500 manat məbləğində cərimə etmişdir. Lakin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, 1.hər şeydən əvvəl qeyd edilməlidir ki, Suraxanı rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubla protokolu Suraxanı Rayon İcra Hakimiyyətinə göndərməzdən əvvəl özü həmin protokol əsasında qərar qəbul edərək onu 300 manat məbləğində İXM-in 359-cu maddəsi ilə cərimə etmişdir. Amma üzərindən bir müddət keçəndən sonra həmin protokolu qərar qəbul edilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərmişdir. O, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından məhkəməyə şikayət etmişdir və xx.xx.2022-ci il tarixli məktubun göndərilməsindən sonrakı tarixdə, yəni xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə sözügedən inzibati xəta haqqında qərar ləğv edilmiş və icraata xitam verilmişdir. Səbəb isə inzibati xəta haqqında protokol və qərarın buna səlahiyyəti olmayan qurum, yəni Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən tərtib edilməsi olmuşdur. Bununla da hazırkı inzibati xəta haqqında Suraxan Rayon İcra Hakimiyyətinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 2. Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli qərarı Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Halbuki, Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərarının 3-cü səhifəsinin 4-cü abzasında sözügedən protokol və qərarın səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi müəyyən edilmişdir. Göründüyü kimi Suraxanı Rayon İcra Hakimiyyətinin onun barəsindəki inzibati xəta haqqında iş üzrə qərarı səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmişdir. 3. Mübahisələndirilən inzibati xəta haqqında qərarın əsaslandığı protokol Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən tərtib edilmişdir. Halbuki, həmin qurum inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olmadığı halda işə baxmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Formanın 5.30-cu bəndinə əsasən “həmin Məcəllənin 393, 393-1.5, 395.1 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 395.2 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 396, 397, 400, 455.1 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar” kimi qeyd olunmuşdur. Göründüyü kimi, polis bölməsi qanunvericiliklə onun səlahiyyətinə aid edilməmiş inzibati xəta batqında işə baxmışdır və bu hal da Qərarın ləğv edilməsi üçün əsasdır. 4. Maraqlıdır ki, barəsindəki inzibati xəta haqqındakı protokol polis bölməsi tərəfindən qəbul edilsə də qərar Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmişdir, yəni protokol və qərar ayrı-ayrı orqanlar tərəfindən qəbul edilmişdir. Qanunvericiliyə görə ancaq bir halda bu mümkün ola bilər. İXM-nin 43.1 və 43.2-ci maddələrinə əsasən bu məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin dairəsi İXM-in 43.1-ci maddəsində təsbit edilmişdir və orada 395-ci maddə yer almır. Lakin rayon (şəhər) məhkəmələri istisna olmaqla digər orqanlar baxdıqları inzibati xəta haqqında işlər üzrə həm protokolu, həm də qərarı özləri tərtib edirlər. İXM-in 395-ci maddəsi üzrə inzibati xəta haqqında protokolu və qərarı Suraxanı Rayon İcra Hakimiyyəti qəbul etməli olsa da, protokol polis qurumu tərəfindən tərtib edilmişdir. Bu da müvafiq qərarın ləğvi üçün əsasdır. 5. İXM-in 61.3-cü maddəsinə görə “inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun”. Göründüyü kimi polis bölməsi tərəfindən barəsində inzibati xəta haqqında protokol yalnız onun iştirakı ilə tərtib edilə bilərdi. İndiki halda bu iştirak olmadan protokol tərtib edildiyi kimi ümumiyyətlə barəsində inziibati xəta haqqında protokol tərtib edilən fiziki şəxs olaraq o, dəvət belə edilməmişdir ki, bu da inzibati icraat xitam verilməsi üçün növbəti əsasdır. 6. İXM-nin 112.1.4-cü maddəsinə görə "iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir". İndiki halda isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olaraq mənim inzibati icraatla bağlı işə gəlməməyimin səbəbi araşdırılmamışdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Arif oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, barəsində səlahiyyəti olmayan orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati icraatın başlanması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamış və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 tərəfindən tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində yerləşən nömrəsiz evdə özbaşına tikinti işləri aparması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində yerləşən nömrəsiz evdə özbaşına tikinti işləri aparması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 barəsində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmişdir. Halbuki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.30-cu bəndinə əsasən həmin Məcəllənin 395.1-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar. Göründüyü kimi inzibati xəta haqqında protokol səlahiyyəti olmayan orqan tərəfindən tərtib edilmiş, lakin sözügedən hal Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılmadan X2 barəsində 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 barəsində inzibati icraatın başlanması barədə heç bir məlumat verilmədən, izahatı alınmadan, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 23 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 14 oktyabr 2022-ci il tarixli, 18 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar