Məhkəmə qərarları › İş №3(011)-4211/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4211/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4211/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Səfərov Nihad Asif oğlunun katibliyi, Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs QSC 48872.31 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 03 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 48872.31 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 02 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 göstərmişdir ki, "xxxx" QSC şirkəti tərəfindən 18.11.2019-cu il tarixli, GS-897/19 nömrəli müqavilə üzrə əməkdaşlıq etdikləri "Portwest" LTD şirkətindən idxal olunan mallar üçün yük gömrük bəyannaməsi tərtib olunmuşdur. X2 qrafasında aşağıda qeyd etdiyi texniki səhv olmuşdur. İrlandiyanın "Portwest" LTD şirkətindən Azərbaycanın "xxxx" QSC şirkətinin adına PWHZGS19B nömrəli invoys və GS-897/19 nömrəli müqavilə ilə gələn yük üçün sorğu nömrəsi **********8265 olan gömrük bəyannaməsi tərtib olunmuşdur. Lakin "Portwest" LTD şirkətinə 30.09.2019 və 03.10.2019-cu il tarixlərində olunmuş ödənişlərdə ********* nömrəli proforma invoysdan istifadə olunmuşdur. Yuxarıda qeyd olunmuş gömrük bəyannaməsinin 44-cü bəndində yanlışlıqla ödəniş olunmuş invoys nömrəsinin yerinə yükün üzərində göndərilmiş invoys nömrəsi PWHZGS19B və GS-897/19 müqavilə nömrəsi qeyd olunmuşdur. Bu səbəbdən bank olunmuş ödənişlərlə yük gömrük bəyannaməsini bağlaya bilməmişdir. Gömrük Bəyannaməsindəki səhv texniki səbəbdən olmuşdur.Faktiki köçürülmüş 48872.31 ABŞ dolları vəsaitinin müqabilində mallar ölkəyə 25.12.2019-cu il tarixdə idxal edilmişdir. Şəxs QSC-nin əməlində inzibati xətanın tərkibi olmadığından inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "Portwest" LTD şirkətinə 03.10.2019-cu il tarixində olunmuş ödənişlərdə ********* nömrəli proforma invoysdan istifadə olunmuşdur. Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş **********8265 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC tərəfindən 48872.31 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar 25.12.2019-cu il tarixində ölkəyə idxal olunmuş və bəyannamənin 44-cü qrafasında invoys nömrəsi texniki səhv səbəbindən PWHZGS19B kimi qeyd edilmişdir. İş materiallarında olan Şəxs QSC-nin məktubundan görünür ki, **********8265 sorğu nömrəli X2 44-cü bəndində qeyd olunmuş invoys nömrəsinin PWHZGS19B dəyişdirilərək ********* olmasında köməklik göstərilməsi üçün Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Daha sonra düzəliş edilmiş və **********8265 sorğu nömrəli gömrük bəyannaməsində "xxxx" ASC möhürlə 48872.31 ABŞ dolları müqabilində malların ölkəyə idxal edilməsini təsdiq etmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X5 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiaallarına əlavə edilmiş gömrük bəyannaməsi ilə sübuta yetirildi ki, «General Supply” QSC 48872.31 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC vasitəsilə 03 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan malların 02 il tamam olmadan ölkəyə idxal etmişdir. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar