Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4224/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 aprel 2025-ci il tarixində Babək prospekti ilə hərəkət etdiyi zaman Bakı, Babək Pr, 32/1, GPS: 40.3933284,49.9267948 ünvanında yol patrul xidməti avtomobili ilə hərəkət edən yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Saxla əmrinə tabe olaraq idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Avtomobili idarə edən yol patrul xidmətinin əməkdaşı avtomobilə yaxınlaşaraq təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla əmrini verdiyini bildirdi. Qayda pozuntusu ilə bağlı məlumat vermə əsnasında avtomobilinin arxa oturacağında oturan 2 yaş 10 aylıq oğlu avtomobilin arxa pəncərəsinin açıq olmasından ötrü körpə uşaq refleksi ilə 1 ədəd boş 0.5 litrlik su butulkasını avtomobildən kənara (avtomobilin sol arxa təkərinin yanına) atmışdır. O həmin anda heç 1 saniyə belə keçmədən dərhal həmin boş plastik şüşə butulkasını yerdən götürüb avtomobilə geri qoymuşdur. Və bütün bunlar baş verərkən həmin yol patrul xidmətinin əməkdaşı onun yanında olmuşdur. Həmin əsnada bu prosesləri kənardan izləyən yol patrul avtomobilinin sağ oturacağında oturan polis əməkdaşı onu yanına çağıraraq avtomobildən kənara əşya atıldığı üçün 200 manat cərimə protokolu yazacağını bildirdi. Hadisənin hansı şəraitdə baş verdiyini və burada heç bir inzibati xəta olmadığını, hələ 3 yaşına çatmamış bir körpə uşağın anlamadan bu hərəkəti etdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolu tərtib edildi. Elə yerindəcə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə bununla bağlı məlumat verib şikayətçi olduğunu bildirmişdir. Lakin şikayəti nəticəsi barəsində bu günə qədər heç bir məlumat ala bilməmişdir. Bildirir ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən protokol elektron şəkildə tərtib edildiyindən və 07 aprel 2025-ci il tarixdə tərtib edilmiş protokol Bakı Baş Polis İdarəsi tərəfindən asanpay portalındakı şəxsi kabinetinə yerləşdirilməli olduğu tarixdən çox gec bir tarixdə, yəni düz 1 ay 23 gün sonra 30 may 2025-ci il tarixdə yerləşdirildiyidən protokol barədə məlumatları (protokolun nömrəsi, tarixi və tərtib edilmə səbəbləri) ala bilmədiyi üçün şikayəti zamanında edə bilməmişdir. Barəsində tərtib edilmiş xx.xx.2025 tarixli İXP ******* saylı inzibati xəta protokolunun şəxsi kabinetinə yerləşdirilmə tarixini məhkəməyə təqdim etdiyi asanpay portalı üzrə şəxsi kabinetindən çıxarış sənədində görünür. Protokol şəxsi kabinetinə yerləşdirildiyi xx.xx.2025-ci il tarxindən 3 gün sonra, yəni xx.xx.2025 tarixdə Daxili İşlər Nazirliyinin E-polis elektron tətbiqi üzərindən həmin protokoldan 3-13-16/1-1- 1116xx/xx/2025 nömrəli şikayət müraciəti onun tərəfindən göndərilmiş və mobil nömrəsinə həmin tarixdə saat 15:20-də Daxili İşlər Nazirliyinin SMS məlumat mobil nömrəsi vasitəsi ilə müraciətinin qeydə alındığı barədə SMS göndərilmişdir. Lakin artıq 10 gün keçməsinə baxmayaraq müraciəti hələ də baxılır statusunda saxlanıldığı və bununla bağlı heç bir məlumat ala bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq tərtib edilən inzibati xəta protokolunun araşdırılmasına və bu protokolun haqsız yerə tərtib edildiyi sübuta yetirildikdən sonra ləğv edilməsinə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 234 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 352.2-ci maddəsinə əsasən yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Belə ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, mübahisə predmetinə səbəb olan qərar qəbul edilərkən X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, X2 təqsirinin nə dərəcədə olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, şəxsin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmadığından və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruri olduğundan X2 şikayəti qismən təmin olunmalı, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, sonuncunun iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməsi üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. İnzibati xətalara dair işlər üzrə məhkəməyə müraciət edərkən dövlət rüsumu nəzərdə tutulmadığından X3 tərəfindən xx.xx.2025-ci il tarixində ödənilmiş 30 manat məbləğ geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. xx.xx.2025-ci il tarixdə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4224/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4224/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver