Məhkəmə qərarları › İş №3(011)-4228/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4228/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4228/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3, X6 və X2, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin sahə inspektoru Dalğa Qasımovun iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunun Şelli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayonu Qasımlı Ə/N Şelli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 11.11.2021-ci il tarixli MN ******* nömrəli, 11.11.2021-ci il tarixli MN ******* nömrəli və 11.11.2021-ci il tarixli MN ******* nömrəli protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilmişdir ki, Şəxs 26.09.2021-ci il tarixdə X7 etibarından suiistifadə edərək 100 manat pulunu ələ keçirmiş, X3 etibarından sui-istifadə edərək 60 manat pulunu ələ keçirmiş, həmçinin, 10.11.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Elşən Əliyevə məxsus olan küçədə dayanmış 80 manat dəyərində velosipedi oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək gödtərmişdir ki, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmişdir. Bu səbəbdən onlarla barışmışdır və onların ona qarşı heç bir şikayət və tələbi də yoxdur. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, işlətdiyi mobil telefonun ekranı nasaz olduğundan yeni ekran əldə etməsi səbəbilə tanımadığı şəxsin istifadəsində olan bank kartına 60 manat pul yükləmişdir. Lakin, Şəxs öz vədinə əməl etməmişdir. Hal-hazırda ona dəymiş olan ziyanı ödədiyi üçün onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. İnzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, Şəxs ona vurulan ziyanı ödədiyindən şikayəti yoxdur. Onunla barımışdır. İnzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, ona məxsus olan 01 ədəd velosipedi oğurlayan Şəxs ona vurulan ziyanı tam ödəyib, heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. İnzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin sahə inspektoru Dalğa Qasımov izahat verərək göstərdi ki, 26.09.2021-ci il tarixdə X7 etibarından sui-istifadə edərək 100 manat pulunu ələ keçirmiş, X5 məxsus 60 manat pulunu almış, həmçinin, 10.11.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Elşən Əliyevin nəvəsinə məxsus olan küçədə dayanmış velosipedi oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə 11.11.2021-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur; 11.11.2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 26.09.2021-ci il tarixdə X7 etibarından sui-istifadə edərək 100 manat pulunu ələ keçirmişdir; 11.11.2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs X3 etibarından suiistifadə edərək 60 manat pulunu ələ keçirmişdir; 11.11.2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 10.11.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Elşən Əliyevə məxsus olan küçədə dayanmış 80 manat dəyərində velosipedi oğurlamışdır; 11.11.2021-ci il tarixli ərizələrdən müəyyən olunur ki, zərərçəkmiş şəxslər X9, X10 və X4 dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxslər Şəxs ilə barışmışlar, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahati, zərəçəkmiş şəxslərin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslərlə barışdığından və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar