Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4231/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinin əksinə olaraq Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan sahibkarlıq subyektinə qaz təchizatının verilməsi dayandırılmışdır. Rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq borclu tələbin icrasından qəsdən yayındığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin, borclu şirkət tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, hüquqi şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, Şəxs barəsində ilk dəfə 21 may 2025-ci il tarixdə protokol tərtib edilmiş, protokol tərtib edildikdən sonra qazın verilişi bərpa edilmiş və məhkəmə tərəfindən protokol üzrə icraata xitam verildikdən sonra qazın verilişi yenidən dayandırılmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, qazın təchizatı hal-hazırda da bərpa edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, tərəflərindən Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası təmin edilmiş və hal-hazırda müəssisəyə qazın verilməsi təmin edilir. Beləliklə, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e- 16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən müvəqqəti təminat tədbiri olaraq ərizəçi Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə təbii qaz təchizatının verilməsinin dayandırılması maraqlı şəxs Şəxsnə qadağan edilmişdir. Lakin buna baxmayaraq Şəxs İB tərəfindən icra sənədində qeyd olunan tələb icra edilməmiş və müəssisəyə gələn qaz xx.xx.2025-ci il tarixdə kəsilməklə, yalnız 4 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə bərpa edilmişdir. Bu səbəbdən icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin işə baxılıb qurtardıqdan sonra Şəxs İB tərəfindən müəssisəyə gələn qaz yenidən dayandırılmışdır. O qeyd etmişdir ki, halhazırda da qazın verilişi bərpa edilməmişdir. Beləliklə o, icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək hüquqi şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azəriqaz» İstehsalat Birliyi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin e- 16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinin əksinə olaraq Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan sahibkarlıq subyektinə qaz təchizatının verilməsi dayandırılmışdır; Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, müvəqqəti təminat tədbiri olaraq ərizəçi Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00061) təbii qaz təchizatının verilməsinin dayandırılması maraqlı şəxs Şəxsnə qadağan edilmişdir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxsnə göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, e27416/2025-1-49 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxsndən Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3837/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Şəxs inzibati məsuliyyətdən azad olunmuşdur. Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə təbii qaz təchizatının verilməsi bərpa edilmişdir. Lakin həmin akt Zərərçəkmiş şəxs MMCnin nümayəndələri tərəfindən imza edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş hüquqi şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək Sumqayıt Kommersiya Məhkəməsinin e- 16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxsnə icra sənədinə əsasən Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00061) təbii qaz təchizatının verilməsinin dayandırılmasının qadağan edilməsinə baxmayaraq, icra sənədi üzrə tələb icra edilməmiş və müəssisəyə qazın verilişi dayandırılmışdır ki, bu hal isə onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4231/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4231/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver