Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4232/2025 21.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkili X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən 21 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh Şəxs tərəfindən Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, iddiaçı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 "c" nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi XaşaXuna bağ massivində vətəndaş (iddiaçı) Zərərçəkmiş şəxs məxsus 183 "ç" və 183 "c" nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Şəxs çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq Zərərçəkmiş şəxs təhvil verilməsi həmçinin Şəxs 195.099 manat məbləğində vəsaitin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə icraatına qəbul edilərək icraata başlamaq haqqında qərara qəbul edilmiş və tərəflərə rəsmi bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədiin icra olunması ilə bağlı heç bir addım atılmamışdır. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və bu səbəblə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olumuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, borcu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Bu barədə tələbkarın özünə də bildirmişdir ki, borcu bir dəfəyə ödəməyə imkanı çatmır. Hazırda işləmir, 280 manat məbləğində təqaüd alır. Borcun ödənilməsi üçün ona vaxt verilməsini və qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X5 izahat verərək göstərdi ki, dövlətin adından çıxmış qətnamə borclu tərəfindən qərəzli şəkildə icra edilmir. Belə ki, borclu icra vərəqəsində qeyd edilən əmlakları satmış, həmin 195.099 manat məbləğində vəsaitin isə tərəfindən verilməsinin mümkün olmadığını dəfələrlə icra məmuruna da, zərərçəkmiş şəxsə də bildirmişdir. Odur ki, icra sənədinin qərəzli olaraq icra edilməməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh Şəxs tərəfindən Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin aradan qaldırılması, iddiaçı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 "c" nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi XaşaXuna bağ massivində vətəndaş (iddiaçı) Zərərçəkmiş şəxs məxsus 183 "ç" və 183 "c" nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Şəxs çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq Zərərçəkmiş şəxs təhvil verilməsi, həmçinin Şəxs 195.099 manat məbləğində vəsaitin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Əmirov X1 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və yaşını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4232/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4232/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver