Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4235/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil qızınun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs rəhbəri X4 iştirakı ilə, Şəxs rəhbəri X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-772/2018 saylı, 19 fevral 2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən MN ******* nömrəli, 27 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X9 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-772/2018 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxsndən 3894.76 manat pul tutularaq X3 ödənilməlidir. Nəticədə, Şəxs rəhbəri X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, Şəxs rəhbəri X6 barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rəhbəri X6 bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-772/2018 saylı, 19 fevral 2018-ci il tarixli icra sənədinə əsasən Şəxsndən 3894.76 manat pul tutularaq X1 xeyrinə ödənilməlidir. Artıq 5 ildən çoxdur ki, şirkətin fəaliyyəti yoxdur və şirkət hərrac yolu ilə özəlləşdirmək üçün Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sərəncamına verilmişdir. Buna görə də şirkətin hesabında maliyyə vəsaiti olmadığından X3 olan 3694 AZN məbləğində ödənilməmiş əmək haqqı borcunu ödəyə bilmir. Eyni zamanda bildirir ki, şirkətin balansında 1995-ci il buraxılışlı Mersedes BENZ C180 markalı minik avtomobili var, dövlət əmlakı olduğundan şirkət özü onu sata bilmir. Bunu nəzərə alaraq xahiş edir ki, həmin avtomobilin hərrac yolu ilə satılaraq X2 qalıq əmək haqqı borcunun ödənilməsinə yönəldilməsi üçün qərar çıxarılsın. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs rəhbəri X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-772/2018 saylı, 19 fevral 2018-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı X1 cavabdeh “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Şəxs İxtisaslaşdırılmış Lizinq Şirkətinə qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Şəxs İxtisaslaşdırılmış Lizinq Şirkətindən iddiaçı X1 xeyrinə 3894,76 manat məbləğində ödənilməmiş əmək haqqı tutulması qət edilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 05 oktyabr 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxsnə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 05 oktyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxsnə icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-870/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərardadın surətindən görünür ki, təqdimat qismən təmin edilmiş, Şəxs mülkiyyətində olan “Nissan Maxima” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. "xxxx" ASC-nin 20 dekabr 2023-cü il tarixli qəbzindən görünür ki, Xətai rayon İcra Şöbəsinin hesabına 300 (üç yüz) manat ödənilmişdir. X1 31 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, borc məbləğinin könüllü icra müddətində ödənilməsi səbəbindən borclu Şəxs mülkiyyətində olan “Nissan Maxima” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair icra tərəfindən təqdimatla Xətai rayon məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 8(011)-870/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək borcluya məxsus həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən həmin əmlak borcun ödənilməsi məqsədilə ona “Nissan Maxima” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təklif olunmasına imtina edərək və əvəzində ödənilməmiş 3894,76 manat məbləğində əmək haqqının bank hesabına keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Belə ki, məhkəmə hesab edir ki, Şəxs rəhbəri X4 əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs rəhbəri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4235/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4235/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver