Məhkəmə qərarları › İş №3(011)-4240/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4240/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4240/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş 29 iyul 2024-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 28 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 iyul 2024-cü il tarixdə idarə etdiyi “Nissan Note” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindən sağ istiqamətdə M.Rüstəmov küçəsinə dönərək Neapol küçəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 50 km sürətlə hərəkətdə olarkən qarşıda tıxacda dayanmış X5 idarə etdiyi “Hyundai Grandeur” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol hissəsi ilə və əks istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi “Hyundai Elantra” markalı, **-LT-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol hissəsi ilə toqquşmuş və X1 diz oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması və hərəkət məhdudluğu, X2 diz oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması və hərəkət məhdudluğu və X5 başın sağ təpə nahiyyəsinin dərialtı hematoması kimi xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Nissan Note” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Xətai DYPŞ-nə göndərilmişdir. 29 iyul 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin 805 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş X3 diz oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması və hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 26 iyul 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin 807 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş X4 diz oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması və hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 26 iyul 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin 806 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş X6 başın sağ təpə nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xətai RPİ-nin DYPŞ-nin 28 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 iyul 2024-cü il tarixdə, saat 20:30-da “Nissan Note” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar