Məhkəmə qərarları › İş №3(011)-4242/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4242/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4242/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1 Hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili, fərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada (X13) planlı yoxlama zamanısertifikatsız tibb fəaliyyəti (plastik cərrah X16) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, plan üzrə yoxlama aparılarkən Şəxs MMC-də sertifikatsız həkimin fəaliyyət göstərməsi halı aşkar edilmişdir. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili, fərdi fəaliyyət göstərən vəkil X6 izahatında X7 Türkiyə Respublikasında uzman həkim kimi ixtisaslaşdığı üçün Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respulikasında həkim kimi fəaliyyət göstərməsi üçün müvafiq icazə verilmişdir. Sertifiat verilməsinə ehtiyac qalmamasını güman edir. Həmin icazə sertifikatı əvəz edir. Odur ki, KASPİ TM» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə inzibati məsiliyyətə cəlb olunmasına dair icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, əvvəllər Müdafiə Nazirliyinin Hərbi Hospitalında həkim kimi fəaliyyət göstərmişdir. Həmin hospitalda sertifikat tələb olunmadığı üçün sertifikat üçün müraciət etməmişdir. Daha sonra mülki həkim kimi fəaliyyət göstərmək qərarına gəlmiş və sertifikat almaq üçün Səhiyyə Nazirliyinə müraciət etmişdir.Nazirlikdən ona sertifita ehtiyac olmadığı, Azərbaycan Respulikasında həkim kimi fəaliyyət göstərməsi üçün müvafiq icazənin sertifikatı əvəz etdiyini bildirmələrinə baxmayaraq, o, sertifikatın alınmasında israr edtmişdir. Lakin, ona bunun üçün kurs keçmək lazım olduğu bildirilmişdir. Təkmilləşdirmə kursu keçmək üçün müraciət etdikdə isə gec tarixə təyin olunduğundan və 44 günlük Vətən Müharibəsində hərbi həkim kimi göndərildiyindən buna zamanı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X10 şöbəsinin mütəxəssisi X8 tərəfindən tərtib olunmuş 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada (X13) planlı yoxlama zamanısertifikatsız tibb fəaliyyəti (plastik cərrah X17) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisənin 24 oktyabr 2022-ci il tarixli 562 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus klinikada çalışan tibb işçısı otolorinqoloq vəzifəsinə təyin edilən X3 işə yenicə götürülmüş və sertifikasiyaya cəlb edilmişdir. Yoxlama zamanı həmçnin işçinin praktiki fəaliyyətini təstiq edən sənəd aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdən 1xx.xx.2022-ci il tarixədək ixtisasartırma kursuna cəlb olunmasına dair daxili əmr verilmişir. Digər işçi X16 – plastik cərrah sertifikasiya imtahanından keçmədən praktik tibbi fəaliyyət göstərməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 961 saylı Qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən klinikada AEM-nin Tibbi Nəzarət şöbəsinin AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X4, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X8, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X11, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X12 və AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X18 tərəfindən planli (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/1.3.1-2- 2022-1975 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə Şəxs MMC-yə məlumat verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən20 oktyabr 2022-ci il tarixli KY221784344 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 961 saylı Qərar əsasında Şəxs MMC-yə məxsus Bakı səhəri, Xətai rayonu, Süleyman Vəzirfov 11 ünvanında yerləşən klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. 5MOBFHW000202 saylı xx.xx.2022-ci il tarixdə sistemə daxil ediliş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İşəgötürən Şəxs MMC-nin səlahiyyətlərini yerinə yetirən şəxs X9 ilə X16 arasında əmək müqaviləsi bağlanmış və sonuncu plastik cərrah kimi işə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 46-cı maddəsinə əsasən Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1.3-cü maddəsinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 6 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətiə buraxılmasına yol verilmişdir. Bununlada, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar