Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4245/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Səhiyyə Nazirli Analitik X4 Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 452.2 və 452.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-ə məxsus ünvan 1 yerləşən aptekdə aptek təşkilatlarına dair tələblərin yenidən pozulması və qanunvericilikdə nəzərdə tutulmuş mallardan başqa, digər malların, yəni ağcaqanad əleyhinə mayelərin satışı aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.2 və 452.4-cü maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirli X1 müfəttişi X6 tərəfindən 06 oktyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə, təxirə salınıb başqa vaxta təyin edilməsinə belə baxmayaraq, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi üzrlü səbəblər olmadan təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirli Analitik X4 Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs MMC-ə məxsus Bakı şəhəri Xətai rayonu 2935Q məhəllə İ.İsmayılov küçəsi 13 ünvanında yerləşən aptekdə aptek təşkilatlarına dair tələblərin yenidən pozulması və qanunvericilikdə nəzərdə tutulmuş mallardan başqa, digər malların, yəni ağcaqanad əleyhinə mayelərin satışı aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 452.2 və 452.4-cü maddələri ilə protokol tərtib edilmişdir. MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KY221800332 nömrəli çıxarışdan görünür ki, Səhiyyə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən aptekdə xx.xx.2022xx.xx.2022-ci il müddətində plandankənar (növbədənkənar) cari fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli 900 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 baş direktoru vəzifələrini müvəqqəti icra edən X3 qərarından görünür ki, ünvan 1 yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022ci il tarixdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli 645 saylı qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyət göstərdiyi təsərrüfat obyektində xx.xx.2022-ci il tarixdə aparılmış plan üzrə yoxlama nəticəsində aşkar edilmiş pozuntular aradan qaldırılaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 1.2.1-ci bəndinə uyğun olaraq Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi ilə təmin olunması, Qaydaların 4.2.2-ci bəndinə uyğun olaraq inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən (kondisioner ilə), ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağının təşkil olunması, Qaydaların 4.4.1.2-ci bəndinə uyğun olaraq termolabil malların saxlanması üçün lazım olan temperatur rejimini təmin etmək üçün saxlanılan malların həcminə uyğun əczaçılıq soyuducusu ilə təchiz olunması, Qaydaların 12.3-cü bəndinə uyğun olaraq sertifikasiyadan keçmiş (ali və orta ixtisas tibb təhsil müəssisələrini bitirmiş şəxslərin qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən 5 (beş) il müddətinə sertifikasiyadan keçməsi tələb olunmur) əczaçılıq ixtisasına malik şəxs(lər) ilə əmək müqaviləsi bağlanılaraq onlar tərəfindən dərman vasitələrinin satışının həyata keçirilməsinin təmin edilməsi və qeyd olunan pozuntuların 60 (altmış) gün ərzində aradan qaldırılaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs MMC-ə məxsus ünvan 1 yerləşən aptek Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi ilə təmin olunmamış, inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən (kondisioner ilə), ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı təşkil olunmamış, termolabil malların saxlanması üçün lazım olan temperatur rejimini təmin etmək üçün saxlanılan malların həcminə uyğun əczaçılıq soyuducusu ilə təchiz olunmamış, ağcaqanad əleyhinə mayelər aşkar edilmişdir. İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli 522 saylı pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, Şəxs MMCə məxsus ünvan 1 yerləşən aptekdə dərman vasitələri, optik ləvazimatları, ətriyyatkosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışının aparılması aşkar edilmiş, X1 xx.xx.2022-ci il tarixli 645 saylı qərarında qeyd olunan pozuntular aradan qaldırılmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.4-cü maddələrinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC-ə məxsus ünvan 3 ünvanında yerləşən aptekdə aptek təşkilatlarına dair tələblər təkrar pozulmuş və dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların, yəni ağcaqanad əleyhinə mayelərin satışı həyata keçirilmişdir. Həmçinin 06 oktyabr 2022-ci il tarixli 522 saylı yoxlama aktından görünür ki, Şəxs MMCnin nümayəndəsi X2 izahatında pozuntuların aradan qaldırılması üçün səhvən 90 gün vaxt verildiyini hesab etdiyini, 15 gün daha vaxt verilməsini bildirmişdir. Bununla da dolayısıyla pozuntuların 60 gün ərzində aradan qaldırılmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 1.2.1-ci bəndinə əsasən aptek Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi ilə təmin olunmalıdır. Həmin Qaydaların 4.2.2.1-ci bəndinə əsasən aptek inzibati-məişət sahəsinə (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.) malik olmalıdır. Həmin Qaydaların 4.4.1.2-ci bəndinə əsasən aptek termоlabil malların saхlanması üçün lazım olan temperatur rejimini təmin etmək üçün saxlanılan malların həcminə uyğun əczaçılıq soyuducu ilə təmin edilməlidir. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.2-ci maddəsinə əsasən aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariyagigiyena malları istisna olmaqla, digər malların satılmasına görə üç yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinə əsasən bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli єəxslər min beє yüz manatdan iki min beє yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4245/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4245/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver