Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4252/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə X1 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, yaşadığı binanın arxa tərəfində saldıqları bağçada yemək bişirmək məqsədilə ocaq qalamış, həmin ocağı qalayarkən də atılan tullantılardan deyil, dəftər vərəqlərindən istifadə etmişdir. Yaşadığı binanın kommendantı Turanla aralarında olan prinsip səbəbilə həmin hadisə onun tərəfindən videoya çəkilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş və haqqında şikayət edilmişdir. Şikayətlə bağlı İdarəyə çağırılmış, orda işçi tərəfindən ona tullantı yandırması ilə bağlı izahat yazdırılmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimə edilmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinə uyğun izahat verərək sözügedən qərarla razı olmadığını, həmin qərarın əsassız olduğunu qeyd edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 89 saylı binanın arxa tərəfində məişət tullantılarının yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadığından xx.xx.2023cü il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X2 tərəfindən məişət tullantılarının yandırılması faktını təsdiq edən fotoşəkillərin və CD diskin iş materiallarına əlavə edildiyini bildirərək X1 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkil və CD diskdən görünür ki, X5 tərəfindən məişət tullantılarının yandırılması həyata keçirilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X5 əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4252/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4252/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver