Məhkəmə qərarları › İş №3(011)-4254/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4254/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4254/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızını sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxsin nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inspektoru, polis mayoru X4 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu Babək prospekti 72 ünvanında yerləşən “OBA” marketdən oğurluq etmişdir, bununla da xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, müxtəlif vaxtlarda Xətai rayonu Babək prospekti 72 ünvanında yerləşən “OBA” marketdən ərzaq məhsulları oğurlamışdır. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə oğurluq etmişdir. Lakin oğurladığı ərzaq məhsullarının dəyərini bilmir. Hər dəfə oğurluq edəndə nə qədər ərzaq oğurladığını oğurladığı malların dəyərini hesablamamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-in sahə inspektoru , polis mayoru X5 izahat verərək göstərdi ki, X1, müraciəti əsasında araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Araşdırmanın nəticəsi barədə xx.xx.2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “OBA” market mağazalar şəbəkəsində mağaza müdiri işləyən X2 izahat verərək göstərdi ki, bir neçə müddətdir ki, mağazada müdir kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində son vaxtlar mağazada haqq-hesab aparılan zaman 3000 (üç min) manatdan çox çatışmazlıq aşkar olunmuşdur. Bununla bağlı müşahidə kameralarına baxış keçirilən zaman bir neçə şəxsin oğurluq etdiyi aşkar olunmuş və həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən olunmuşdur. Lakin, Şəxs nə qədər ərzaq malları oğurladığı dəqiq müəyyən olunmamışdır. Bu barədə polisə məlumat vermişdir. Həmin çatışmazlıq mağaza müdiri kimi onun maddi məsuliyyətində olduğu üçün zərərin ödənilməsini tələb edir və bnununla bağlı ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki,iş üzrə icraata xitam verilməli işdə cinayətin əlamətləri olduğundan aidiyyatı üzrə prokurara göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə MN ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə “OBA” market mağazasından oğurluq edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, “OBA” market mağazasından 450 manat dəyərində malların oğurlanması barədə məlumatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən ki, təkrarən törədilmiş əməllərlə oğurlanmış ərzaq məhsullarının ümumilikdə dəyəri təxmini hesablamalar əsasında 450 manat olduğu qənaətinə gəlinmişdir. Lakin, təkrarən törədilən əməllərdə hər dəfə oğurlanan məhsulların dəyəri ayrılıqda dəyəri müəyyən olunmamış, bununla bağlı hər hansı bir araşdırma aparılmamış, ekspertiza təyin olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 23 aprel 2018-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Belə olan halda məhkəməyə daxil olmuş Şəxs barəsində tərtib olunmuş hazırkı protokollara xırda talamaya görə inzibati məsuliyyət nəzərdə tutulan əməl kimi baxılması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi inzibati məsuliyyətə cəlb olunmasına dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və əməldə cinayətin əlamətləri olduğundan əmələ hüquqi qiymət verilməsi və zəruri araşdırmanın aparılması üçün iş ibtidai arfaşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin, əməldə cinayətin əlamətləri olduğundan hüquqi qiymət verilməsi, zəruri araşdırmanın aparılması üçün iş ibtidai arfaşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar