Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4257/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 08 aprel 2025-ci il tarixli, 00100-00864/2025 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına ünvanına Türkiyə Respublikasından idxal olunan yüklərin içərisində gömrük orqanına bəyan olunmayan malların mövcud olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında, “İpək Yolu” gömrük postuna 25ABB400/25AAR147 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********6591 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 5 ədəd üzərində Dirsui Sheath (20 L), 10 ədəd üzərində X4 (8 ml), 5 ədəd üzərində X5 (200 ml) yazılı yüklərə baxış keçirilmiş, baxış zamanı gömrük orqanına bəyan edilməyən yüklərin ümumilikdə dəyərinin 108.2 (yüz səkkiz manat iyirmi qəpik) manat təşkil etməsi müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 izahatında bildirmişdir ki, şirkətin ünvanına gələn mallarda 5 ədəd üzərində Dirsui Sheath (20 L), 10 ədəd üzərində X4 (8 ml), 5 ədəd üzərində X5 (200 ml) yazılı yüklərin aşkar edilməsi Türkiyədən mallar göndərilərkən çəkisinin səhv göstərilməsi ilə bağlıdır. Odur ki o, törətdikləri əməli etiraf etdiklərini bildirərək barələrində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda keçirilmiş xx.xx.2024-cü il tarixli yoxlama protokolundan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 25ABB400/25AAR147 dövlət qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və **********6591 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı 25ABB400/25AAR147 dövlət qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********6591 sorğu nömrəli gömrük bəyannaməsi, AKL**********082 nömrəli, xx.xx.2024cü il tarixli invoys üzrə mallar post ərazisində yerə boşaldılaraq eyniləşdirmə aparılmışdır. Gömrük yoxlaması zamanı gömrük bəyannaməsində bəyan olunmayan 5 ədəd üzərində Dirsui Sheath (20 L), 10 ədəd üzərində X4 (8 ml), 5 ədəd üzərində X5 (200 ml) yazılı yük aşkar olunmuşdur; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, 00100-00864/2025 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından idxal olunan yüklərin içərisində gömrük orqanına bəyan olunmayan malların mövcud olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında, “İpək Yolu” gömrük postuna 25ABB400/25AAR147 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********6591 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə baxış keçirilmiş, baxış zamanı gömrük orqanına bəyan edilməyən 5 ədəd üzərində Dirsui Sheath (20 L), 10 ədəd üzərində X4 (8 ml), 5 ədəd üzərində X5 (200 ml) yazılı yüklərin ümumilikdə dəyərinin 108.2 (yüz səkkiz manat iyirmi qəpik) manat təşkil etməsi müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 51 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində Dirsui Sheath (20 L) yazılan malın orta bazar qiyməti 15 manat olmaqla 5 ədədinin orta bazar qiyməti 75 manat, 1 ədəd üzərində X4 (8 ml) yazılan malın orta bazar qiyməti 0.32 manat olmaqla 10 ədədinin orta bazar qiyməti 3.2 manat və 01 ədəd üzərində X5 (200 ml) olan malın orta bazar qiyməti 6 manat olmaqla 5 ədədinin orta bazar qiyməti 30 manat müəyyən edilmiş və bununla həmin yüklərin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 108.2 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının 25ABB400/25AAR147 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********6591 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2024-cü il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı müəyyən olmuşdur ki, Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********6591 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən vasitələrdən əlavə mallar idxal edilmiş, lakin həmin mallar gömrük bəyannaməsində göstərilməmiş, gömrük orqanına bəyan edilməmiş, mal-müşayiət sənədlərində qeyd edilməmişlər. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 108.2 (yüz səkkiz manat iyirmi qəpik) manat təşkil edən malların dəyərinin 40 (qırx) faizi miqdarında, yəni 43.28 (qırx üç manat iyirmi səkkiz qəpik) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4257/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4257/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver