Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4269/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən hüquqi şəxs Şəxs MTKnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə 08 oktyabr 2021-ci il tarixli qərar tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadına əsasən iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən hüquqi şəxs Şəxs MTKnın barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə 08 oktyabr 2021-ci il tarixli qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs (VÖEN - **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X11 MTK-nın baş direktoru səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X6 Şəxs xeyrinə və onun maraqlarının qorunması üçün 2019-cu ildən 15.09.2021-ci il tarixədək ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkarlanmışdır. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov izahat verərək göstərmişdir ki, X10 14.09.2021-ci il tarixdə, saat 02:30 dəqiqədə mühafizəçi kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 41A saylı binanın dayanacaq hissəsində saxlanan ünvan 2 ünvanında yaşayan X4 məxsus “Anmier TXR 24” markalı, 849 manat dəyərində, qara, göy zolaqlı rəngi olan velosipedi qəsdən tamah niyyəti ilə gizli olaraq talayıb sonuncuya maddi ziyan vurmaqla oğurluq etmişdir. X2 müraciəti əsasında RPİ-nin 34-cü PŞ-də toplanmış X5 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat qaydasında material üzrə tərtib edilmiş yekun protokol təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin material rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X11 MTK-nın baş direktoru səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X6 Şəxs xeyrinə və onun maraqlarının qorunması üçün 2019-cu ildən 15.09.2021-ci il tarixədək ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MTK-nin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 izahat verərək göstərmişdir ki, Şəxs MTK Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 41 A ünvanda tikinti işlərini çoxdan başa çatdırıb, bina tikilib sakinlərin istifadəsinə verilib. Bu səbəbdən də həmin binada tikinti işləri həyata keçirilmir. X10 isə bəzi hallarda binada və onu həyətində təmizlik işləri aparmaq üçün qısa müddətli əmək müqavilələri ilə Şəxs MTK-da işə qəbul olunub, işlər yerinə yetirildikdən sonra isə işdən azad olunub. Belə ki, Bağırov İmanqulu birinci dəfə 15 Aprel 2020-ci il tarixdə öz ərizəsi ilə işə qəbul olunmuş, 14 Avqust 2020-ci il tarixdə isə öz ərizəsilə işdən azad olunmuşdur. İkinci dəfə 15 Sentyabr 2021-ci il tarixdə öz ərizəsi ilə işə qəbul olunmuşdur. Müqavilənin müddəti 15 Noyabr 2021-ci il tarixədək nəzərdə tutulmuşdu. Lakin işlər başa çatdığı üçün 27 sentyabr 2021-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Əmək müqaviləsindən kənar Şəxs MTK üçün hər hansı işlər görməyib. Araşdırma səthi aparılıb, qərarda Bağırov İmanqulunun Şəxs MTK-da hansı işləri yerinə yetirməsi göstərilməyib. Qərar çıxarılarkən heç bir mötəbər sübut əldə olunmayıb, MTK-nın rəhbərinin izahatına hüquq qiyməti verilməyib, digər işçilərin, binanın, qonşu binaların sakinlərinin izahatları alınmayıb, nəzərə alınmayıb ki, Bağırov İmanqulu ilə əmək müqaviləsi heç də oğurluq hadisəsindən sonra deyil, ondan əvvəl də bağlanıb və həmin müqavilə də sistemə daxil edilib. Sadəcə Şəxs MTK-nın tikinti fəaliyyəti başa çatdığı üçün binada arabir aparılan işlərin icrası üçün Bağırov İmanqulu ilə qısa müddətli əmək müqavilələri bağlanıb. Bağırov İmanqulunun hansısa binanın sakininin tapşırığı ilə onun işlərini görməsi isə Şəxs MTKnın xeyrinə və onun maraqlarının qorunması üçün görülən işlər hesab oluna bilməz. Şəxs əməlində ümumiyyətlə inzibati xəta tərkibinin olmamasını qeyd edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MTK-nin nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 Namizəd Bəşir oğlunun ifadəsinə oxşar ifadə verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində qeyd etmişdir ki, Şəxs MTK-da birinci dəfə 15 aprel 2020-ci il tarixdə öz ərizəsi ilə işə qəbul olunmuş, 14 avqust 2020-ci il tarixdə isə öz ərizəsilə işdən azad olunmuşdur. İkinci dəfə 15 sentyabr 2021-ci il tarixdə öz ərizəsi ilə işə qəbul olunmuşdur. Müqavilənin müddəti 15 noyabr 2021-ci il tarixədək nəzərdə tutulmuşdu. Lakin işlər başa çatdığı üçün 27 sentyabr 2021-ci il tarixdə öz xahişi işdən azad olunmuşdur. Şəxs MTK-nın xeyrinə gördüyü bütün işləri əmək müqaviləsinin qüvvədə olduğu müddətdə etmişdir. Daha sonra MTK-da yaşayan sakinlərin evlərində usta yanında fəhlə kimi işləmiş, bəzi mənzillərdə gedən təmirlərlə bağlı sakinlərin təmir üçün aldıqları ləvazimatları mənzillərə daşımış, onların tullantılarını daşıyaraq atmış və bu cür gündəlik çörək pulun qazanmışdır. Görülən işlərin Şəxs MTK ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Şəxs MTK-nın ünvan 3 ünvanında yaşayır. X6 həmin binada tanımışdır. Öz evində, həmçinin başqa sakinlərin evlərində aparılan təmir işlərində İmanqulu usta köməkçisi kimi işləmişdir. Dəfələrlə sakinlərin təmir üçün aldıqları ləvazimatların İmanqulu tərəfindən mənzillərə daşındığının şahidi olmuşdur. X6 Şəxs MTK-nın işçisi kimi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Şəxs MTK-da təhlükəsiz əmək şəraiti üzrə mütəxəssis vəzifəsində işləyir. X10 Şəxs MTK-da iki dəfə - 15 aprel 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək, 15 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək müqavilə əsasında işləmişdir. Şəxs MTK-nın xeyrinə gördüyü bütün işləri əmək müqaviləsinin qüvvədə olduğu müddətdə etmişdir. Daha sonra MTK-da yaşayan sakinlərin evlərində işləyən usta yanında fəhlə kimi işləmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, prokurorluğun nümayəndəsinin və şahidlərin izahatını dinləyib, məhkəmə hesab edir ki, Şəxs MTK barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 23 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişdən görünür ki, işəgötürənŞəxs MTK ilə işçi X10 arasında bağlanmış 15 aprel 2020-ci il tarixli əmək müqaviləsinə 14 avqust 2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişdən görünür ki, işəgötürənŞəxs MTK ilə işçi X10 arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə 27 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 Şəxs MTK-da iki dəfə - 15 aprel 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək, 15 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək müqavilə əsasında işləmişdir. Əmək müqavilələrinə xitam verildikdən sonra Şəxs MTK tərəfindən hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir. İş üzrə dindirilmiş şahid ifadələrindən və həmçinin X5 özünün ifadəsindən məlum olur ki, İ.Bağırov binada yaşayan sakinlərə məxsus evlərdə gedən təmir işlərinə sakinlər tərəfindən cəlb edilmişdir. X5 mənzillərdə fəhlə kimi işləməsi "Ressan” MTK tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilə bilməz. Hüquqi şəxs Şəxs MTK barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərar tərtib edilərkən X5 Şəxs MTK-nın xeyrinə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə aydınlıq gətirilməmiş və kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4269/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4269/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver