Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4269/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC xx.xx.2020-ci il tarixdə **********3893 saylı və xx.xx.2020-ci il tarixdə **********0976 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 6485,00 ABŞ dolları (11024,50 manat) məbləğində vəsait MMC-nin müvəkkil bankda olan hesabına köçürülməmişdir. Buna görə də Şəxs MMC barəsində 09 sentyabr 2023-cü il tarixli 00800-00536/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən “AMELİE MMC”-nin direktoru X3 bildirmişdir ki, barələrində tərtib edilmiş protokol əsassız olduğu üçün xitam verilməlidir. Belə ki, protokolda "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********3893 sorğu nömrəli və xx.xx.2020-ci il **********0976 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan malların qarşılığında olan pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bu barədə “Pasha Banka” elektron poçt vasitəsi ilə bildirilmişdir. “Pasha Bank”-ın rəsmi elektron poçt ünvanından onlara verilmiş cavabda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 4983.66 ABŞ dollarının 4,408.00 ABŞ dolları **********8978 N-li YGB ilə bəyan edilib, açıq qalan məbləğ 575.66 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci il tarixdə 2,977.69 ABŞ dolları ödənilib, lakin YGB üzrə idxalatçı “Emirates Logistics” LLC qeyd olunub, № 1 müqavilənin təqdim edilməsi xahiş olunmuşdur. Onlar "xxxx" MMC ilə müqavilə bağlamış, "xxxx" MMC isə “Emirates Logistics” LLC ilə müqavilə bağlamışdır. Hal-hazırda "xxxx" MMC deyə bir şirkət olmadığından müqaviləni təqdim edə bilmirlər. Bundan əlavə AMELİE MMC”-nin direktoru X3 bildirmişdir ki, barələrində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli X1 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixli **********3893 və xx.xx.2020-ci il tarixli, **********0976 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında əldə olunan vəsaitin müvəkkil banka köçürülüb-köçürülməməsinin müəyyən edilməsi zamanı X1 Sistemi informasiya resursuna baxış keçirilmiş, müəyyən edilmişdir ki, qeyd edilən gömrük bəyannamələri üzrə müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı ümumilikdə 6485 ABŞ dolları təşkil edir. 09 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, AZ1129, ünvan 1 **********) barəsində materialları nəzərdən keçirib, inzibati xəta haqqında iş üzrə icraatı başlamaq və inzibati araşdırma aparılması üçün kifayət qədər səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatları, həmçinin inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.2-ci və 102.3-cü maddələrini rəhbər tutub, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. 09 sentyabr 2023-cü il tarixli, EP №0121477 saylı protokoldan görünür ki, baş vermiş inzibati xəta hadisəsi faktı Gömrük prosesurları və Ödənişləri şöbəsinin 34/012/017151 nömrəli raportu əsasında 07 iyun 2023-cü il tarixdə aşkar edilmiş və bundan bir il müddət keçməmiş, həmçinin Şəxs MMC uzanan xəta törətməsi müəyyən edilmiş(təsviri əsaslandırıcı hissə), Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir(nəticəvi hissə). 09 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X5 "09" sentyabr 2023-cü il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı aparılan 00800-00536/23 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmışam. İşin icraatı zamanı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmaların törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində 00800-00536/23 saylı inzibati xəta haqqında işin baxılmağa verilməsini mümkün hesab etmişdir. 09 sentyabr 2023-cü il tarixli işə baxılmasının vaxtı və yeri haqqında qərarddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinən hüquqi ünvanı ünvan 1 5049831) barəsində 00800-00536/23 saylı inzibati xəta haqqında işə "14" sentyabr 2023-cü il xdə saat 12:00-da, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Baş İdarənin rəisi Cahangirov Anar Niyaz oğlunun sədrliyi ilə, ƏTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X4 və "xxxx" MMC-nin nümayəndəsinin iştirakları ilə baxılma təyin olunması, qərardadın surəti "xxxx" MMC-yə təqdim olunması qərara alınmışdır. 14 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs MMC hüquqi şəxs olduğundan baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs MMC-nin direktoru tərəfindən məhkməyə təqdim edilmiş, “Pasha Bank”-n nümayəndəsi ilə yazışmalarda onun məhkəmədə vermiş olduğu izahatında bildirdikləri bir daha öz əksini tapmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs AMELİE» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülürYuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təstiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndində hüquqi və fiziki şəxslər konsignasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu, 12.3-cü bəndində ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vasaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq Azarbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) va Dövlət Gömrük Komitəsi nəzarət etməsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin etməsi, 12.4-cü bəndində müvəkkil banklar şəxslarin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) is günü ərzində Palataya ötürməsi, 12.5-ci bəndində isə Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumatlandırılması göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsignasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsignasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsignasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vesaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə protokolda göstərilən bəyannamələr bəyan edilmiş, həmin yük müqabilində köçürülməli olan məbləğ bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində, yəni xx.xx.2020-ci il tarixədək köçürülməli idi. Göründüyü kimi həmin gündən 01 ildən çox vaxt keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4269/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4269/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver