Məhkəmə qərarları › İş №3(011)-4281/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4281/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4281/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Mazda CX 5” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtoqəza keçirmişdir. Baş vermiş qəzanın səbəbkarı isə X7 olmuşdur. Belə ki, X7 idarə etdiyi “Daewoo Gentra” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında qanunun” tələblərini, eyni zamanda ictinai əxlaq qaydalarını kobud şəkildə pozaraq avto xuliqanlıq hərəkətlərinə yol vermiş, hərəkət zolaqlarını tez-tez dəyişmiş və dəfələrlə sərt tormozlamadan istifadə etmişdir. X7 qeyd edilən hərəkətləri ilə digər şəxslərin də diqqətini özünə çəkmiş və ətrafdakı şəxslərin də narahatçılığını pozmuşdur. X8 yaratdığı qəza şəraitindən yayınmağa çalışsa da növbəti manevrlərdən birində Hacıyev Babəkin idarə etdiyi “Daewoo Gentra" markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin növbəti sərt tormozlası nəticəsində X5 idarə etdiyi “Opel Astra”markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil Hacıyev Babəkin idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə arxa tərəfdən toxunmuşdur. Onun idarə etdiyi avtomobil isə “Opel Astra” markalı avtomobilin arxasında olduğundan onunda qəza riski qaçılmaz olmuşdur. Nəticədə o da qarşısı alınmaz hal olaraq qəza törətmiş və idarə etdiyi avtomobilinə maddi ziyan dəymişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs olaraq o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır və araşdırma zamanı verdiyi izahatda bu məzmunda olmuşdur. Lakin səlahiyyətli vəzifəli şəxs - Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru X2 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qanunsuz qərar qərar qəbul edərək İXM-nin 327.1-ci maddəsi ilə barəsində 40 manat cərimə tərtib etmişdir. Halbuki, iş üzrə xüsusatlar ətraflı araşdırılmamış formal qərar qəbul edilmiş, heç bir günahı olmadığı halda barəsində inzibati qərar tərtib edilmişdir. Beləliklə də, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Qərarı nəzərdən keçirdikdə onun İXM-nin tələblərinin pozulması ilə tərtib edildiyi məlum olur. İşin halları ilə bağlı araşdırılma apararkən Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi düzgün mövqe tutmamış və işə bir tərəfli qaydada baxmışdır. Belə ki, hadisə baş verən ərazidən açıq-aydın görünür ki, hər 3 nəqliyyat vasitəsinin qəzaya uğrama səbəbi **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobilin sahibi ilə bağlı avtoxuliqanlıqla bağlı tədbir görülməli və hadisənin baş verməsinə səbəb olaraq həmin avtomobil göstərilməli idi. Hadisə vaxtı onun hadisənin qarşısını almağa texniki imkanı olması məsələsi kifayət qədər araşdırılmamış, bununla bağlı qanunsuz olaraq 8/2712 tarixli rəy verilmiş, rəy isə formal mülahizələrə əsaslanmış, hadisə yeri ətraflı müayinə edilməmişdir. Onun hüquqları isə kobud şəkildə pozulmuşdur. Həmin vaxt onun qəzadan yayınmaq fürsəti olmamış və son zərurət vəziyyətində həmin anda onun avtomobili digər avtomobilə toxunmuşdur. İXM-nin 19.1-ci maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu inzibati xəta hesab olunmur”. Hər hansı bir qayda pozuntusu etmədiyi halda, Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında əsassız və ətraflı araşdırılma aparmadan qərar qəbul edilməsi təəssüf hissi doğurur. Eləcə də, yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə qərarın qəbul edilməsi bir daha həmin qərarın əsassız olmasını təsdiq edir. Ona görə də tərəfindən hər hansı bir yol hərəkəti qaydası pozuntusuna yol verilmədiyindən həmin qərar ləğv edilməli və barəsindəki inzibati işin icraatına xitan verilməlidir. İş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə qərar hazırda inzibati xəta kimi görünsə belə, gələcəkdə onun mülki məsuliyyət məsələsini ortaya qoyur və heç bir təqsiri olmadığı halda gələcəkdə onun üçün mülki məsuliyyət yarada bilər. Bundan başqa, həmçinin hadisə baş verən zamanda da təqsirinin olmadığı açıq-aydın görünür. Bundan başqa barəsində tərtib edilmiş protokoldan da məlumatı olmamış və protokol onun iştirakı olmadan tərtib edilmiş, həmin protokola öz müvafiq qeydlərini vermək hüququ vəzifəli şəxs tərəfindən təmin edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 16:20-da “Mazda CX 5” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozması göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 16:20-də “Mazda CX 5” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2712 saylı ekspert rəyindən görünür ki, 1. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo Gentra” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 6-cı hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mazda CX-5” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2023-cü il tarixdə saat 16:20-də “Mazda CX 5” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozduğu göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar