Məhkəmə qərarları › İş №3(011)-4282/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4282/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4282/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X3 Xətai rayonu X9 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, hadisənin baş verməsində günahkar şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, tərtib edilmiş protokolla və qərarla razılaşmır, işin faktiki halları ilə bağlı bildirmişdir ki, Bakı şəhəri Xətai DYPŞ-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş İXP № ******* saylı 11 oktyabr 2023-cü il tarixli protokol İXM-nin tələblərinin pozulması ilə tərtib edilmişdir. 1. İXP № ******* saylı 11 oktyabr 2023-cü il tarixli protokolda inzibati xətanın törədildiyi ver, vaxt göstərilməmişdir. 2. Bakı şəhəri Xətai DYPŞ-nin polis kapitanı X2 tərəfindən İXP № ******* saylı 11 oktyabr 2023-cü il tarixli protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. 3. İXP № ******* saylı 11 oktyabr 2023-cü il tarixli protokol imzalanmamışdır, izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır, protokolu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmamışdır. 4. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, qərarda protokolun tərtib olunma tarixi xx.xx.2023-cü il tarix göstərilmişdir. Protokol tərtib edilərkən polis əməkdaşı inzibati xəta haqqında icraatı birtərəfli qaydada apararaq hadisəni ört-basdır etmişdir. xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində idarə etdiyi ** VU *** X10 avtomobili ilə Bakı şəhəri Xətai rayonu, S.Ə. Şirvanı küçəsi ilə hərəkət edib manevr üçun icazə verilən yerdən geri dönərkən arxadan gələn ** KB *** X10 avtomobilinin sürücüsü kobud şəkildə yolun əks istiqamətinə çıxaraq o, manevr edən zaman sol tərəfdən gəlib onun avtomobilini vuraraq avtomobilinə ciddi xəsarət yetirmişdir. Lakin Bakı şəhəri Xətai DYPŞ-nin polis kapitanı X2 tərəfindən protokol tərtib olunarkən inzibati xətanın hansı vasitə ilə aşkar edildiyini qeyd etməmişdir, hadisə 028 saylı Təhlükəsiz Şəhər Kameralarına düşmüşdür, həmin kamera görüntülərində ** KB *** X10 avtomobilinin sürücüsünün yolun əks istiqamətinə çıxaraq hərəkət edərkən onun avtomobilini vurub zərər yetirdiyi açıq aşkar görünür. Hadisədən sonra davranışları şübhə oyatdığı üçün tərəfindən dərhal müraciət olunaraq sərxoşluq hallarının bütün növlərinin təyin olunmasına dair tibbi müayinədən keçmiş, sərxoş olmadığı müəyyən olmuşdur. Lakin polis əməkdaşları tərəfindən ** KB *** X10 avtomobilinin sürücüsü sərxoşluq müayinəsindən keçməmişdir, o, tələb etdikdə isə polis əməkdaşı bildirmişdir ki, o, təyin edə bilər, sürücünün sərxoşluq müayinəsinə ehtiyacı var yoxsa yoxdur. İnzibati xətaya dair iş üzrə heç bir yerdə ** KB *** X10 avtomobilinin sürücüsü hallanmır və hadisənin baş verməsinə dair heç bir məlumat yoxdur. O, hadisə ilə bağlı narazı olduğu halda heç bir araşdırma aparmadan, ekspertiza keçirilmədən həqiqəti əks etdirməyən protokol tərtib olunmuş və qərar çıxarılarkən olmayan 09 oktyabr 2023-cü il tarixli protokola əsaslanılmışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai rayonu X9 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai rayonu X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Xətai rayonu X9 Şöbəsi polis kapitanı Allahverən Piriyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 “Opel Astra” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə hərəkətdə olan zaman İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Xətai rayonu X9 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, YPX inspektoru X4 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri, yol hərəkəti qaydalarının pozuntusunun məzmunu ona izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın törədilməsi yeri və mahiyyəti protokolda göstərilməmişdir. X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasının nədən ibarət olması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Xətai rayonu X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai rayonu X9 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Xətai rayonu X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai rayonu X9 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar