Məhkəmə qərarları › İş №3(011)-4294/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4294/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4294/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Nizami rayon prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Nizami rayon prokuroru, baş ədliyyə müşaviri X3 10 iyun 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 10 iyun 2025-ci il tarixli qərara əsasən hüquqi şəxs "xxxx" MMC" Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə taksi kimi fəaliyyət göstərməsi üçün 2025-ci ilin aprel ayının 09-da işçi kimi cəlb etmiş və material üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində X13 taksi faliyyəti ilə məşğul olmağa dair müvafiq buraxılış kartı olmadan, etibarnamə ilə taksi kimi idarə etdiyi və buraxılış vəsiqəsi olmayan "BYD Destroyer-05" markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə X6 "Bolt" tədbiqi vasitəsi ilə sifarişi əsasında "Bakmil" metrostansiyasının yaxınlığındaki əraziyə gəlmiş, S.Aşımova avtomobilin arxa oturacağında sərnişin kimi əyləşdikdən sonra sürücü Anar Nəcəfov avtomobili idarə edib Z.Bünyadov prospekti istiqamətindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi ilə H.Əliyev prospekti, istiqamətinə doğru 40-50 km/saat surətlə hərəkət edib yolun Nizami rayonu, H.Əliyev prospektinin köməçi yolu ilə kəsişməsinə çatmamış hissəsində ani olaraq halı pisləşdiyi üçün əyləc əvəzinə səhfən surəti artıran pedala basmış və idarəetməni itirərək H.Əliyev prospektinin köməkçi yolu ilə əsas yolu ayıran daş bardura-istinad divarına avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan çırpınması nəticəsində barduru qırıb əsas yolu havada qət edərək əks istiqamətli yola tərəf aşmış və bu vaxt H.Əliyev prospektinin əsas yolu ilə soldan sağa 60 km/saat surətlə düzünə hərəkət edən X9 idarə etdiyi "Ford- Transit" markalı **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin dam hissəsi ilə avtomobilin alt hissəsi arasında toqquşma baş vermiş və nəticədə yük avtomobili yan tərəfi üstə aşmışdır. Eyni zamanda qeyd edilən daş bardurun hissəsləri əsas yola tüküldükdə H.Əliyev prospekti ilə soldan sağa hərəkət edən X10 idarə etdiyi "Chevrolet-Cobalt" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi nəticəsində həmin avtomobil də zədələnmişdir. X1 bu ehtiyyatsızlıq davranışı nəticəsində, özü, avtomobilində sərnişin kimi olan X14 və X16 xəsarət almışlar. Məhkəmə iclasında iştirak edən Nizami rayon prokurorluğunun nümayəndəsi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsi ev 64-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Voxoz küçəsi ev 2də yaşayan X7 Azərbaycan Respublikası İXM-nin 324.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış material Nizami rayon məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi, hüquqi şəxs kimi çıxış edən "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi inzibati icraat açılması üçün qərarın surəti Nizami rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. 10 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən Şəxs MMC-nin direktoru X4 barəsində tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X7 ünvan 2 ünvanında vəzifəli şəxs X11 tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixləri ərzində əmək müqaviləsi bağlanılmadan taksi fəaliyyətinə cəlb olunduğu müəyyən edilmiş, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında iş materialları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə taksi kimi fəaliyyət göstərməsi üçün 2025-ci ilin aprel ayının 09da işçi kimi cəlb edilmişdir. Odur ki, X13 Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar