Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4295/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Baş Prokurorluğundan Şəxs barəsində inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx; xx.xx.1990-cı il tarixdə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, azərbaycanlı, işsiz, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla faktiki yaşayan) barəsində Azərbaycan Respublikası İXM-in 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Şəxs və Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 30 aprel 2025-ci il tarixli 141 №-li arayışından görünür ki, X8 həqiqətən də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dərslərdə iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 30 aprel 2025-ci il tarixli 142 №-li arayışından görünür ki, X7 həqiqətən də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dərslərdə iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 29 may 2025-ci il tarixli 23 №-li məktubundan görünür ki, məktəbin 4 C sinif şagirdləri X8 və X7 xx.xx.2025-ci il tarixdən bu günə qədər dərslərdə iştirak etmirlər. Dəfələrlə valideynlə əlaqə saxlasalar da şagirdin davamlı olaraq dərsə cəlb edilməsinə nail ola bilməmişlər. Məktəbdə fəaliyyət göstərən Sosial psixoloq X5 və sinif rəhbəri X3 valideynə dəfələrlə zəng etdikdən sonra heç bir nəticənin olmadığını görüb aktlar tərtib edilib. Şagirdlərin dərsə cəlb edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 181.0.1-ci maddəsinə əsasən təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarından görünür ki, X6 izahatında göstərmişdir ki, əri Şəxs ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2013-cü il təvəllüdlü Nuray və xx.xx.2014-cü il təvəllüdlü Hürü Bəkirova xx.xx.2025-ci il tarixdən etibarən Bakı şəhəri, Xətai rayonu, 24 saylı orta məktəbdə təhsillərini davam etdirmişlər. xx.xx.2025-ci il tarixdə övladlarını məktəbə apardıqdan sonra əri Orxanın tələbinə əsasən evə qayıtmayıb anasının yaşadığı Bərdə rayonuna getmiş, buna baxmayaraq sinif müəlliməsindən övladlarının dərsə gedib-getməməsi barədə maraqlanmışdır. Lakin aprel ayının sonlarında övladlarının məktəbə getmədiyini öyrənib bununla bağlı ərizə ilə Baş Prokurorluğa müraciət etmişdir. X3 izahatında göstərmişdir ki, Hürü və Nuray Bəkirova 24 saylı orta məktəbin 4-cü sinfində təhsil alırlar. Onlar xx.xx.2025-ci il tarixdə 137 nömrəli orta məktəbi dəyişərək 24 saylı orta məktəbə qəbul edilmişlər. Şagirdlərin 15 apreldən etibarən dərsə gəlmədiyini görüb əvvəlcə anası, daha sonra atası ilə əlaqə yaratmış, məlum olmuşdur ki, valideynlər arasında mübahisə yarandığı üçün atası övladlarını Bərdə rayonuna aparmışdır. Atası ilə telefonda danışan zaman şagirdlərin amy ayında böyük və kiçik summativlərin olacağını bildirib məktəbə gəlmələrini tələb etmiş, lakin atası hər dəfə bir bəhanə göstərərək övladlarını məktəbə gətirməmişdir. Hətta yaşadıqları Bərdə rayonunda da məktəbə dəyişdirmələrini bildirsə də, atası buna əməl etməmişdir. Faktiki olaraq həmin şagirdlər təhsildən yayındırılmışlar Azərbaycan Respublikasının Baş X1 və X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dərslərdə iştirak etməməsi, onların təhsildən məhrumedilməsi faktına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Təqdim edilmiş iş materialları və digər sübutlarla X8 və X4 atası Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Şəxs barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-4295/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4295/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver