Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4296/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1996-cı il təvəllüdlü, Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Lənbəran ərazi dairəsi, Lənbəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Baş Prokurorluğundan Şəxs barəsində inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx; xx-xx-1996-cı il tarixdə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, azərbaycanlı, işsiz, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşayan) barəsində Azərbaycan Respublikası İXM-in 181.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, əri X3 ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2013-cü il təvəllüdlü Nuray və xx.xx.2014-cü il təvəllüdlü Hürü Bəkirova xx.xx.2025-ci il tarixdən etibarən Bakı şəhəri, Xətai rayonu, 24 saylı orta məktəbdə təhsillərini davam etdirmişlər. xx.xx.2025-ci il tarixdə övladlarını məktəbə apardıqdan sonra əri Orxanın tələbinə əsasən evə qayıtmayıb anasının yaşadığı Bərdə rayonuna getmiş, buna baxmayaraq sinif müəlliməsindən övladlarının dərsə gedib-getməməsi barədə maraqlanmışdır. Lakin aprel ayının sonlarında övladlarının məktəbə getmədiyini öyrənib bununla bağlı ərizə ilə Baş Prokurorluğa müraciət etmişdir. Həmçinin köməklik göstərilməsi üçün 102 xidmətinə zəng edib, məktəbə müraciət etmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 30 aprel 2025-ci il tarixli 141 №-li arayışından görünür ki, X5 həqiqətən də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dərslərdə iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 30 aprel 2025-ci il tarixli 142 №-li arayışından görünür ki, X4 həqiqətən də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dərslərdə iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24№-li tam orta məktəbin 29 may 2025-ci il tarixli 23 №-li məktubundan görünür ki, məktəbin 4 C sinif şagirdləri X5 və X4 xx.xx.2025-ci il tarixdən bu günə qədər dərslərdə iştirak etmirlər. Dəfələrlə valideynlə əlaqə saxlasalar da şagirdin davamlı olaraq dərsə cəlb edilməsinə nail ola bilməmişlər. Məktəbdə fəaliyyət göstərən Sosial psixoloq X2 və sinif rəhbəri X1 valideynə dəfələrlə zəng etdikdən sonra heç bir nəticənin olmadığını görüb aktlar tərtib edilib. Şagirdlərin dərsə cəlb edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 181.0.1-ci maddəsinə əsasən təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən övladlarının təhsildən qərəzli olaraq məhrum etməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, övladlarını təhsildən yayındırmasına Şəxs münasibəti qərəzli olmamışdır. Məktəb direktorunun ifadəsindən və digər sənədlərdən görünür ki, məhz Bəkirova ilkin olaraq müraciət edərək uşaqların təhsildən yayınması barədə məlumat vermiş, bununla bağlı tədbirlərin görülməsini xahiş etmişdir. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 181.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4296/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4296/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver