Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4301/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad ilham oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 25 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 sorğusuna əsasən mülkiyyətində olan “Generator Adam AGC 450 Yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndələrii məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Klaus Müller məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Protokolda göstərilir ki, **-ZX-*** dövlət qeydiyyat nişanlı, "Generator Adam AGC 450 yarımqoşqu" markalı avtomobili idarə edən şəxs barəsində məlumat verilməsi üçün cəmiyyətlərinə məlumat verilmiş, lakin 5 gün müddətində cavab verilməmişdir. Bununla bağlı bildirilməlidir ki, həqiqətən də "xxxx" MMC-yə bununla bağlı müraciət edilmiş və həmin müraciətə xx.xx.2023-cü il tarixli, CEO_12493 saylı məktubla cavab verilmişdir. Həmin məktubda göstərdikləri kimi həmin qeydiyyat nişanı xx.xx.2017-ci il tarixə kimi "xxxx" MMCnin mülkiyyətində olan "Generator Adam AGC 450 yarımqoşqu" markalı avtomobilin üzərində olmuş, nömrə itdiyi üçün yeni nömrə verilməsindən ötrü X6 İdarəsinə müraciət edilərək yeni dövlət qeydiyyat nişanı alınmışdır. Hal-hazırda "xxxx" MMC-nin mülkiyyətində **-ZX-*** dövlət qeydiyyat nişanı ilə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi yoxdur. Bütün bunları nəzərə alaraq o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində olan “Generator Adam AGC 450 Yarımqoşqu” markalı, **- ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən “Generator Adam AGC 450 Yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndən xahiş olunmuşdur; SX004514920AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubu xx.xx.2023-cü il tarixdə hüquqi şəxs Şəxsndə “Səmədov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Şəxs tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli CEO_12493 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə daxil olan, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində məlumat verilməsi ilə bağlı sorğuya cavab olaraq bildirilmişdir ki, həmin dövlət qeydiyyat nişanı xx.xx.2017-ci il tarixə kimi cəmiyyətin mülkiyyətində "Generator Adam AGC 450 yarımqoşqu" markalı avtomobilin üzərində olmuş, həmin tarixdən avtomobilin nömrəsi dəyişmişdir. Hal-hazırda cəmiyyətin mülkiyyətində**-ZX-*** dövlət qeydiyyat nişanı ilə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi yoxdur; Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 polis mayoru X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 25 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X3 sorğusuna əsasən mülkiyyətində olan “Generator Adam AGC 450 Yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktoru tərəfindən ünvanlanmış ərizəni, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və ya təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs icraçı direktoru Klaus Müllerin məhkəməyə ünvanladığı ərizəsindən və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli CEO_12493 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə daxil olan, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində məlumat verilməsi ilə bağlı sorğuya cavab olaraq Nəsimi RPİ-nin DYPŞ-nə bildirilmişdir ki, həmin dövlət qeydiyyat nişanı xx.xx.2017-ci il tarixə kimi cəmiyyətin mülkiyyətində "Generator Adam AGC 450 yarımqoşqu" markalı avtomobilin üzərində olmuş, həmin tarixdən avtomobilin nömrəsi dəyişmişdir. Hal-hazırda cəmiyyətin mülkiyyətində **-ZX-*** dövlət qeydiyyat nişanı ilə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi yoxdur. Məhkəmə qeyd olunan xüsusatları nəzərdən keçirdib belə qənaətə gəlir ki, Nəsimi RPİnin DYPŞ-i tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə hüquqi şəxs Şəxs MMC tərəfindən “Generator Adam AGC 450 Yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən Nəsimi RPİ-nin DYPŞ-dən daxil olmuş sorğuya 5 gün müddətində cavab verilməməsinin sübuta yetirilmədiyini, bununla da, hüquqi şəxs Şəxs MMC-nin inzibati xətanın törədilməsinə aidiyyatı olmadığını nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4301/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4301/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver