Məhkəmə qərarları › İş №3(011)-4303/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4303/2020

04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4303/2020 04.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə xx.xx.1979-cu il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1-ci döngə, ev 25 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində hərbi vəziyyətlə əlaqədar Xətai rayonu inzibati ərazisində yaradılmış 8 nömrəli stasionar postda yoxlama zamanı aşkar edilmişdir ki, Şəxs xüsusi icazə əsasında Xırdalan şəhəri, H.Əliyev prospekti döngə 1, ev 24 ünvanında saxladığı özünə məxsus 1 ədəd “Cifsan” markalı 16 çaplı 132915 nömrəli ov silahı və 1 ədəd “Churchill” markalı ******* nömrəli 12 çaplı ov silahları idarə etdiyi “Lexus” markalı 10ZN100 dövlət qeydiyyat nişanlı avtomobilinin yük hissəsinə qoyub ustaya aparmayaraq, Xətai rayonu, G.Şıxlinski küçəsi 23 ünvana gedərək mülki silahın və ya onun döyüş sursatının daşınması qaydalarını pozmuşdur. Xətai RPİ 36-cı Polis Bölməsinin sahə inspektoru polis leytenantı Mirzə Həsənov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Xətai RPİ 36-cı Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin və Xətai RPİ 36-cı Polis Bölməsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan 564 nömrəli şəhadətnamənin surətindən görünür ki, 1 ədəd “Churchill” markalı ******* nömrəli 12 çaplı yivsiz ov silahı Şəxs adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Baş İctimai Təhlükəsizlik İdarəsinin məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyestrində “Cifsan” markalı xx xxxxxxxx 132915 nömrəli yivsiz ov silahı Şəxs adına qeydiyyata alınmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Lexus” markalı 10ZN100 dövlət qeydiyyat nişanlı avtomobilinin yük hissəsindən 1 ədəd “Cifsan” markalı 16 çaplı 132915 nömrəli ov silahı və 1 ədəd “Churchill” markalı ******* nömrəli 12 çaplı ov silahları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Xətai RPİ Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması hissəvi rədd edilmiş, xx.xx.2015-ci il tarixli 29 saylı şəhadətnamənin saxta olması faktı üzrə material ayrılaraq ayrıca icraata qəbul edilmiş və inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün toplanmış material Xətai RPİ 36-cı Polis Bölməsinə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 70 (yetmiş) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar