Məhkəmə qərarları › İş №3(011)-4304/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4304/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4304/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnikleytenantı Teymur Ağamirovun xx.xx.2020-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2020-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində etibarnaməsi və sürücülük hüququ olmadan idarə etdiyi «Ravon R4» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xətai rayonu Zığ şössesi ilə hərəkət edərək Sadıqcan küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığında hərəkətinin davam etdirərək Sadıqcan küçəsinə sol istiqamətdə dönüb daxil olmaq istəyərkən Zığ şossesi ilə qarşı istiqamətdə işıqforun yaşıl işığında düzünə hərəkətdə olan X2 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E270» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, Sadıqcan küçəsində işıqforun qırmızı işığında dayanmış X3 idarə etdiyi «BMW» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək sonuncuya xəsarət yetirməklə toqquşduğu hər iki amtomobilə ziyan vurmuş, bununla da, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində etibarnaməsiz idarə etdiyi «Ravon R4» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zığ şossesi ilə hərəkət edərək Sadıqcan küçəsinə daxil olmaq istəyərkən fikirli olduğu üçün işıqforun qırmızı işığında hərəkətini davam etdirərək qarşı istiqamətdə hərəkət edən «Mercedes Benz E270» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, zərbənin təsiri nəticəsində Sadıqcan küçəsində dayanmış «BMW» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və hadisə zamanı xəsarət almamışdır. Əməlindən peşmançılıq çəkdiyini və barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir; Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs verilmiş AC 547723 saylı sürücülük vəsiqəsinin müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatmışdır. Bakı şəhəri Dövlət Yol Polis Şöbəsinin YNH-si üzrə əməkdaşı X5, Şəxs, X7 və X3 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, hadisə nəticəsində «Ravan RT» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi, arxa hissəsi, «Mercedes E270» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi, «BMW» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi əzilmişdir; X1 Bakı şəhəri BPİ DYP-nə vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, CH.Əmrahov həmin izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində etibarnamə ilə idarə etdiyi «Mercedes Benz E270» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zığ şossesində hərəkətdə olarkən qarşıdan, yəni Zğı şossesi ilə işıqforun qırmızı işığında hərəkət edərək Sadıqcan küçəsinə daxil olmaq istəyən «Ravan R4» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun avtomobilinin toqquşduğunu, zərbənin təsirindən «Ravan R4» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının Sadıqcan küçəsində dayanan «BMW» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşduğunu, hadisə baş verdiyi zaman tək olduğunu və heç bir xəsarət almadığını bildirmişdir; X4 Bakı şəhəri BPİ DYP-nə vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, X6 həmin izahatında, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində etibarnamə ilə idarə etdiyi «BMW» markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sadqcan küçəsi ilə Zığ şossesi istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında dayandığını, bu zaman Zığ şossesi ilə hərəkət edən «Ravan RT» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıqforun qırmızı işığında hərəkətini davam etdirərək Sadıqcan küçəsinə daxil olmaq istədiyini, bu zaman Zığ şossesi ilə hərəkət edən «Mercedes Benz E270» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşduğunu və zərbənin təsirindən «Ravan R4» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarəetmənin itirilərək onun idarə etdiyi avtomaşınla toqquşduğunu, hadisə nəticəsində xəsarət almasını bildirmişdir; Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 992 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində ağır simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol bazu oynağı nahiyyəsində zif şişkinli qançırlarla müşayət olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənməklə, əmələ gəlmə müddəti göstərilən xx.xx.2020-ci il tarixə uygundur və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilməsinin qanunvericiliklə qadağan edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar