Məhkəmə qərarları › İş №3(011)-4311/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4311/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4311/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 05 noyabr 2021ci il tarixli, 00100-2255/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Trestinin ünvanına Rusiya Federasiyasından 24 oktyabr 2021-ci il tarixdə saat 01:56-da Şimal Ərazi Baş Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 56919319 nömrəli vaqonla, 24 oktyabr 2021-ci ıl tarixdə saat 01:57-də Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 62656962, 52714961, 53538575 nömrəli vaqonlarla daxil olmuş malların **********2356 sorğu nömrəli 02,11,2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin, sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şəxs nümayəndəsi X2 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şəxs ünvanına 24 oktyabr 2021-ci il tarixdə Rusiya Federasiyasında 56919319, 62656962, 52714961, 53538575 nömrəli vaqonlarla borular yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********2356 sorğu nömrəli 02.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, yükü göndərən şirkət tərəfindən mal-müşayiət sənədləri gec göndərilmiş və bu səbəbdən də qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar ölkə ərazisinə daxil olduqdan sonra **********8647, **********8650, **********8660, **********8677 sorğu nömrəli qısa idxal bəyannamələri tərtib edilmiş və gömrük orqanına verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02.11.2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şəxs ünvanına gələn 27.10.2021-ci il tarixində 56919319, 62656962, 52714961 və 53538575 nömrəli nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş **********2356 sorğu nömrəli GB ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etməli olduğu qısa idxal bəyannaməsinin olmadığı aşkar olunmuşdur. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 noyabr 2021-ci il tarixli, 00100- 2255/21 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Trestinin ünvanına Rusiya Federasiyasından 24 oktyabr 2021-ci il tarixdə saat 01:56-da Şimal Ərazi Baş Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 56919319 nömrəli vaqonla, 24 oktyabr 2021-ci ıl tarixdə saat 01:57-də Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 62656962, 52714961, 53538575 nömrəli vaqonlarla daxil olmuş malların **********2356 sorğu nömrəli 02,11,2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin, sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Bas Gömrük idarəsində **********2356 sorğu nömrəli 02:11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 56919319 nömrəli vaqonla 24 oktyabr 2021-ci il tarixdə saat 01:56-da Şimal Ərazi Baş Gömrük idarəsinin "Yalama” gömrük postundan keçməklə, 62656962, 52714961, 53538575 nömrəli vaqonlarla 24 oktyabr 2021-ci ıl tarixdə saat 01:57-də Şimal Ərazi Baş Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan -Respublikasının gömrük ərazisinə gətirilmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qanunla müəyyən edilmiş qaydada qısa idxal bəyannaməsi gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 26 oktyabr 2021-ci il tarixdə saät 17:01- də gömrük orqanına elektron formada **********8647 sorğu nömrəli, 26 oktyabr 2021-ci il tarixdə saat 17:04-də gömrük orqanına elektron formada **********8650 sorğu nömrəli, 26 oktyabr 2021-ci il tarixdə saat 17:08-də gömrük orqanına elektron formada **********8660 sorğu nömrəli, 26 oktyabr 2021-ci il tarixdə saat 17:18-də gömrük orqanına elektron formada **********8677 sorğu nömrəli qısa idxal bəyannamələri verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin 21.05.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Trestinin ünvanına 56919319 62656962, 52714961, 53538575 nömrəli vaqonlarla daxil olmuş malların **********2356 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Tresti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Tresti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Tresti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar