Məhkəmə qərarları › İş №3(011)-4317/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4317/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4317/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Musphig Osmanovun iştirakları ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi fiziki şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 2A ünvanında 04.11.2021-ci il tarixində saat 16:50-də “Pərdə Tül” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 fiziki şəxs Şəxs tərəfindən yayım haqqının ödənildiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahatında Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin hesabına müvafiq reklam yerləşdirilməsi üçün bütün yayım haqlarının vaxtında ödənildiyini bildirmişdir. Beləliklə o, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 2A ünvanında 04.11.2021-ci il tarixində saat 16:50-də “Pərdə Tül” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkildən görünür ki, açıq məkanda reklam yerləşdirilmişdir; 27.09.2018-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciət məktubundan görünür ki, fiziki şəxs Şəxs tərəfindən obyektin üzərində reklam yerləşdirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinə müraciət olunmuşdur; M**********0002 nömrəli hesab fakturadan görünür ki, fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin "xxxx" ASC-də olan hesabına 01.10.2020-ci il tarixindən 01.10.2021-ci il tarixinədək olan müddətdə reklam yerləşdirilməsi üçün 65.77 (altmış beş manat yetmiş yeddi qəpik) manat ƏDV (18%) hesablanmaqla 365.40 (üç yüz altmış beş manat qırx qəpik) manat olmaqla, cəmi 431.17 (dörd yüz otuz bir manat on yeddi qəpik) manat məbləğində yayım haqqı və 42 (qırx iki) manat dövlət rüsumu ödənilmişdir; M**********0001 nömrəli hesab fakturadan görünür ki, fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin "xxxx" ASC-də olan hesabına 01.10.2021-ci il tarixindən 01.10.2022-ci il tarixinədək olan müddətdə reklam yerləşdirilməsi üçün 65.77 (altmış beş manat yetmiş yeddi qəpik) manat ƏDV (18%) hesablanmaqla 365.40 (üç yüz altmış beş manat qırx qəpik) manat olmaqla, cəmi 431.17 (dörd yüz otuz bir manat on yeddi qəpik) manat məbləğində yayım haqqı və 42 (qırx iki) manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikasının İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından məlum olur ki, fiziki şəxs Şəxs 24.08.2007-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2alan 5 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir; “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsini, şahidi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının X4 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş fiziki şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, fiziki şəxs Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk öncə nəzərə alır ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən MMC-yə müvafiq xəbərdarlıq edilməmiş, xəbərdarlıq müddəti bitmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş protokolda fiziki şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 2A ünvanında 04.11.2021-ci il tarixində saat 16:50-də “Pərdə Tül” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi qeyd edilsə də, Bakı şəhəri Reklam İdarəsi tərəfindən hesablanmış ödənişlər fiziki şəxs Şəxs tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə fiziki şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 2A ünvanında 04.11.2021-ci il tarixində saat 16:50-də “Pərdə Tül” adlı obyektin üzərində reklam yerləşdirilməsinin qanunamüvafiq qaydada həyata keçirildiyini, bununla da, fiziki şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq hesab edir ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar