Məhkəmə qərarları › İş №3(011)-4333/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4333/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4333/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X1 Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP5977436, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş TP5977436, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində Nərimanov rayonunun Montin adlanan ərazisində, idarə etdiyi avtomobil (X9 90- UM- 023) ilə hərəkət edərkən saat 09:00 radələrində **-YP-*** nömrəli yol patrul maşını onu saxladı. Avtomobilinin arxa şüşəsində (patpres) quraşdırılan pərdənin qanunsuz olduğunu bildirdi. O öz növbəsində bildirdi ki, qanunla arxanı göstərən yan güzgülər varsa arxa şüşəyə istənilən növ örtüklərin çəkilməsinə icazə var, standartlara uyğun olaraq nizamlanmır, lakin polis əməkdaşı bildirdi ki, keçən ay yeni qərar qəbul olunub və qanunda dəyişikliklər olunub, pərdələrə tam olaraq qadağa qoyulub və bu xəbər TV- lərdə və sosial şəbəkələrdə paylaşılıb. O bildirdi ki, sosial şəbəkələrdə ara-sıra oturur, lakin bu qərar barədə məlumatım həqiqətən də yoxdur, əgər bu belədirsə - onda ona xəbərdarlıq kimi qeyd edin, o yerindəcə sökər. Bundan sonra pərdəni yerində sökdü, polis əməkdaşı ona bildirdi ki, əslində avtomobili duracağa təmin etməlidir, amma aparmayacaq. O izah etməyə çalışdı ki, həmişə icazə olub və yeni qərar qəbul olunubsa bundan məlumatsız olmuşdur, siz mənə bu dəyişiklik barədə məlumat verdiniz və bunu xəbərdarlıq kimi qeyd edin. Polis əməkdaşı ilə biraz söhbət etdikdən sonra onunla sağollaşıb yoluna davam etdi. O da, öz yoluna davam etdi, lakin 15 dəq sonra ona cərimə barədə mesaj gəldi. Onu da bildirir ki, polis əməkdaşı ona nə hansı maddənin əsasında qayda pozduğunu, nə cərimə olunacağını, nə cərimənin məbləğini söyləməmişdir, nədə ki avtomobilin sənədlərini istəməmişdir. Daha sonra o, sosial şəbəkələrdə, xəbər saytlarında və internetdə bu barədə axtarıb oxudu. Nazirlər Kabinetinin 21 yanvar tarixli 18 saylı qərarı: 3.4. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Bundan əlavə Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində arxa şüşənin işıqburaxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır. AZS 122- 2004-də sürücünün görünüş dairǝs İİ şəkilli müəyyən edlilib (band 3.2.4). Cərimə qərarsız yazılmışdır və ilk gündən 102 və 902 qaynar xəttinə, həmçinin elektron məktub yazmaqla şikayətini bildirmiş, lakin buna baxmayaraq şikayətinə baxılmadan qərarsız yazılan protokol onun iştirakı olmadan, onunla əlaqə saxlanılmayaraq 10 gün sonra protokola qərar verilib. Qərar qüvvəyə mindikdən sonra onunla əlaqə saxladılar, qanunda qeyd olunanları onlara izah etdi, ona bildiriblər ki, qərar artıq qüvvədədir, onlar onu silə bilməzlər, narazıdırsa məhkəməyə müraciət etsin. Polis əməkdaşı tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və ilk gündən şikayət bildirsə də, həmçinin qərar qanunsuz qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhər DYPİ tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edirik ki, İXM-nin 53.0 maddəsinin 53.0.1.-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. YPX-nin əməkdaşı tərəfindən tərtib edilən TP ******* saylı qərarına xitam verilməsini, icraatın tam ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Mansurov Eyvaz şikayətin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qeyd edilən məsələ barədə Ərşad Hüseynova da sual ünvanlamış, bu barədə yazışmasını məhkəməyə təqdim etmişdir. Bundan əlavə bildirmişdir ki, Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarı ilə Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartı arasında ziddiyət mövcuddur. Bu səbəbdən hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanunsuz olduğundan xitam verilməlidir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümyəndəsi izahat verərərək bildirmişdir ki, şikayətdə qeyd edilən məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarı ilə tənzimlənir. Həmin qərarın 3.2-ci bəndinə əsasən müəyyən edilir ki, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Həmin qərarda yük avtomobilləri ilə minik avtomobilləri fərqləndirilib və yük avtomobillərinə icazə verilir. Qeyd edilən qərarın 3.4-cü bəndində qeyd edilir ki, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Həmin bənddə icazə verilən örtükər isə icazə verilən örtüklərdən bəhs edilir. Qeyd edilən qərardan görünür ki, minik avtomobillərində jalüz və plyonka çəkilməsinə icazə verilir. Məhkəmə şikayət verən şəxsin və nümayəndənin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 sentyabr 2023-cü il tarixli, TP5977436 saylı qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixində, saat 09:12-də ünvan 1 ünvanında VAZ21723 minik markalı, 90UM023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tədbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat inzibati tənbeh nöbündə cərimə edilmişdir. Şikayət vermiş şəxsin https://www.dyp.gov.az saytından əldə etdiyi və məhkəmə iclas zalında təqdim etdiyi çıxarışdan görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydaları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının: 3.2-ci bəndinə əsasən müəyyən edilir ki, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. 3.4. nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. “Yol hərəkəti haqqında qanunun” saylı əlavəsinin 7-ci hissəsinin 3-cü bəndindən görünür ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə. i Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.ii( Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 aprel 2021-ci il, № 75) ilə 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın Vİİ hissəsinin 3-cü bəndinin “Qeyd” hissəsinin birinci və üçüncü cümlələri çıxarılmışdır.) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin məhkəmə iclasında https://www.dyp.gov.az/ saytından əldə etdiyi çıxarışı əsas gətirərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarı ilə qeyd edilən saytdan götürülmüş məlumat arasında ziddiyətin olmasını bildirmiş olsa da, lakin göstərilən saytda qeyd edilən “Yol hərəkəti haqqında qanunun” 1saylı əlavəsinin “Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.iii” cümlələri 13 aprel 2021-ci il tarixində çıxarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət vermiş şəxsin Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS122-2004 saylı standartı arasında ziddiyət olduğunu bildirsə də, lakin şikayət vermiş şəxsin məhkəməyə təqdm etmiş olduğu çıxarışda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS122- 2004 saylı standart minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyətini müəyyən edir və aşağıda göstərilən hədlərdən aşağı olmaması qeyd edilmişdir: Küləyə qarşı şüşələr üçün - 75 % Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 % Şiakyət vermiş şəxsin məhkəmə iclasında təqdim etmiş olduğu , https://www.dyp.gov.az/ çıxarışında ““Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.” qeyd edilmiş olsa belə, lakin göstərilən saytda qeyd edilən “Yol hərəkəti haqqında qanunun” 1saylı əlavəsinin “Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.iv” cümlələri 13 aprel 2021-ci il tarixində çıxarılmış və həmin tarixdə “Azərbaycan” qəzetində bu barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin təqdim etmiş olduğu və əsas gətirdiyi dyp.gov.az saytında qeyd edilən standartda şüşənin işıqburaxma faizi müəyyən olunmuş, minik avtomobillərində arxa şüşələrə örtük(pərdə və ya plyonka) çəkilməsi isə Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarı ilə tənzimlənmişdir. Lakin, şikayət vermiş şəxs məhkəmə iclasında bildirmişdir ki, onun xəbəri olmadan barəsində inzibati tənbeh növündə cərimə edilməsi ilə bağlı qərar qəbul edilmiş, barəsində inzibati protokol onun xəbəri olmadan tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi üçün şərait yaradılmamış vəsatət və etirazları nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP5977436, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP5977436, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar