Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4346/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 02 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 4000 manat məbləğində cərimə borclu Şəxs tərəfindən ödəməmişdir. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə tətbiq edilən karantin qaydalarını pozmuş, saat 00:45-də ünvan 2 ünvanında yerləşən, icarə əsasında işlətdiyi “TİN” sağlamlıq mərkəzi fəaliyyət göstərmişdir. Bu səbəbdən də, barəsində xx.xx.2021-ci il tarixdə İXM-in 211.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmiş, inzibati tənbeh vermə hqqında qərarla 4000 manat cərimə edilmişdir. İcra sənədi icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixdə sözü gedən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlə tanış edilmiş, surətləri ona təqdim edilmişdir. İcra sənədi borclu tərəfindən icra olunmadığından İXM-in 529.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X3 özünü təqsirli bilərək göstərdi ki, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4000 manat məbləğində pul ondn tutularaq dövlət nəfinə ödənilməli idi. İcra məmurunun çağırışına əsasən icra şöbəsinə getmiş, icra sənədi üzrə borcunu 6 ay ərzində ödəyəcəyini bildirsə də, pandemiya şəraitində tətbiq edilən karantin tədbirlərinə görə maddi imkanı olmadığından icra sənədi üzrə ödəniş edə bilməmişdir. Lakin ona imkan verildiyi təqdirdə hər ay 250-300 manat ölmaqla ödəniş edə bilər. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 4000 manat məbləğində borcu ödəməmiş, bu səbəbdən İXM-in 529.1-ci maddəsi ilə nəzərdə tutulan xəta törətmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törədərək 4000 manat inzibati cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlama haqqında qərardan və bildirişdən görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, bununla da, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X4 Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4346/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4346/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver