Məhkəmə qərarları › İş №3(011)-4352/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4352/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4352/2022 28.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun, "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən "xxxx" ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 07 oktyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində tutduğu Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1818/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində tutduğu Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclu "xxxx" ASC tərəfindən tam şəkildə icra olunduğundan xx.xx.2022-ci il tarixli qərarla icra sənədinə xitam verilmişdir. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd olunan tələb tam şəkildə icra olunduğundan xx.xx.2022-ci il tarixli qərarla icra sənədinə xitam verilmişdir. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində tutduğu Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməlidir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə 23/k nömrəli əmrlə "xxxx" ASC-də Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa olunmuş, pulla bağlı tələbdən imtina etmiş, icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, icra məmurunun, nümayəndənin ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1818/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası təmin edilmiş və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədinə xitam verilmişdir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: "xxxx" ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar