Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4369/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X4, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində 25 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, X6 ilə 2018-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 1 oğlan övladı vardır. Keçmiş həyat yoldaşı İnarə əxlaqsız həyat tərzi yaşadığına görə ondan boşanmışdır. İnarə ilə boşanmaqlarına baxmayaraq o oğlu Mikayılı mütəmadi olaraq görə biləcəyinə dair şifahi olaraq razılığa gəlmişlər. Oğlu Mikayılın xəstəliyi ilə əlaqədar olaraq əməliyyat olunmalı idi. Buna görə də son günlərdə vaxtını oğlu ilə birlikdə keçirmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə təxminən gecə saat 02 radələrində oğlu Mikayılı görmək üçün İnarənin yaşadığı evə getmişdir. Qapını ilk öncə döysə də, İnarə qapını açmamışdır. 3-4 dəfə döydükdən sonra qapını açmışdır. Ona sual verərək, nə üçün gecə vaxtı gəldiyini soruşmuşdur. O isə İnarəyə oğlu Mikayıl ilə birlikdə qalmaq üçün gəldiyini demişdir. O içkili vəziyyətdə olduğu üçün İnarə ilə bir az söhbətləşmişdir. İnarənin barəsində yaxşı sözlər deyilmədiyini demişdir. Həmçinin anası barəsində də eyni məlumatlar yayıldığını demişdir. İnarə onun bildirdiyi iradlardan əsəbləşərək, ona əl-qol atmağa başlamışdır. Daha sonra məişət əşyası olan tozsoran ilə bir neçə dəfə qol və baş nahiyəsindən onu vurmuşdur. O, isə İnarəni özündən kənarlaşdırmaq üçün bir neçə dəfə əli ilə geri itələmişdir. Həmin vaxt İnarə sol qolundan dişləmişdir. Uşaq həmin vaxt ayılmış və o İnarəyə uşağı özü ilə aparmaq istədiyini bildirmişdir. İnarə uşağın paltarını geyindirmiş və ona təhvil vermişdir. O, oğlu Mikayıl ilə birlikdə çıxıb anasıgilə getmişlər. Evdə mübahisə zamanı İnarə ilə ondan başqa kimsə olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, o, Şəxs ilə 2018ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 1 oğlan övladı vardır. Emin narkotik vasitələr aludəçisi olduğu üçün o rəsmi olaraq Emindən boşanmışdır. Boşanmağına baxmayaraq, Emin ondan əl çəkmir, onu narahat edir və həmçinin ona hədə-qorxu gəlir. xx.xx.2025-ci il tarixdə təxminən saat 02 radələrində Emin yaşadığı mənzilə gəlmiş və qapını yüksək səslə döyərək, açmağını tələb etmişdir. O qonşulardan ayıb olmasın deyə məcburən qapını açmışdır. Emin evə daxil olmuş və uşağı aparmaq istədiyini bildirmişdir. O Eminə icazə vermədikdə, onunla kobud rəftar etməyə başlamış və ona əl-qol ataraq döymək istəmişdir. O özünü müdafiə etmək məqsədi ilə tozsoran ilə vuraraq özündən kənarlaşdırmışdır. Emin narkotik vasitələrin təsiri altında olduğu üçün onu qəsdən yumruqla üz və qol nahiyələrindən təpiklə isə ayaq nahiyələrindən vurmaqla onu döyərək, bədən xəsarətləri yetirmişdir. Daha sonra Emin oğlunu götürərək, evdən çıxıb getmişdir. Səhər tezdən o, anası Gülsümə zəng vuraraq bu barədə məlumat vermişdir. Anası isə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X7 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X6 ərizə ilə Xətai RPİ-in 34-cü PŞ-nə müraciət edərək yaşadığı evdə keçmiş əri Şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu döydüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvansız mənzildə yaşayan Şəxs ərizə ilə Xətai RPİ-in 34cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində yaşadıqları evdə keçmiş həyat yoldaşı X6 ilə aralarında sözlə mübahisə baş vermiş və İnarə qəsdən ona əl-qol ataraq bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək, ona bədən xəsarətləri yetirmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən qəbul edilmiş 15 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və X2 və Şəxs barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 543№-li canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, vətəndaş X1 göz qapağı, sol bazu, sağ bazu və sağ said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, alkoqoldan istifadə etməsini isə ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4369/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4369/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver