Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4386/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, 11 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilmişdir. Məhkəmənin xx.xx.2024-cü iİ tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsin Qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra inzibati xəta üzrə icraatı aparan orqan tərəfindən heç bir araşdırma aparılmadan yenidən X7 İXM-nin 192.1ci maddəsinə əsasən 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. İdarənin xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarı aşağıda qeyd ediləcəklərə əsasən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərarda qeyd edilmişdir ki, X4 və X8 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin şəxslər "xxxx" MMC və ya həmin cəmiyyətin direktoru X7 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməmişdirlər. İdarə tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, aparılmış təhlillər zamanı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qeyd edilən şəxslərə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınsa da həmin şəxslər sonradan zərurət olmadığı üçün işə qəbul edilməmişdirlər. Həmin şəxslər heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdirlər. Ümumiyyətlə həmin şəxslər qeyd edilən rayonlarda ümumiyyətlə olmamışdırlar. Həmin şəxslər qeyd edilən rayonlarda olmadıqları və işlərin yerinə yetirilməsinə cəlb edilmədikləri halda əsassız yerə X7 idarə tərəfindən inziati məsuliyyətə cəlb edilmişdir. X7 qeyd edilən halları idarəyə bildirsə də idarə həmin halları nəzərə almamış, obyektiv və tam araşdırma aparmadan inzibati tənbeh tədbiri görmüşdür. Bundan başqa X7 idarəyə bildirmişdir ki, X4 və X8 gəlib izahat verib həqiqətən də qeyd edilən rayonlarda olmadıqlarını və işlərin yerinə yetirilməsinə cəlb edilmədiklərini bildirə bilərlər. Lakin idarə bildirmişdir ki, buna zərurət yoxdur. İdarə həmin şəxslərin qeyd edilən rayonlara gedib-getməməklərini müəyyən etmək üçün daxili işlər orqanlarına sorğu verərək məlumat almalı idi. Çünki bu idarənin vəzifəsidir. Məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X2 və X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin direktoru X7 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 3.000 manat məbləğində cərimə edilmişdir. X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi üçün 3.000 manat məbləğində cərimələnmişdir. X7 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 3(011)-4088/2024 saylı qərarı ilə X5 şikayəti qismən təmin edilmiş və inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Həmin qərardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 3(103)-2488/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 3(011)-4088/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra hüquqi şəxs "xxxx" MMC barəsində X2 və X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduğu əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 3(011)- 1165/2025 saylı qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 3(103)-874/2025 saylı qərarı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 3(011)-1165/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X7 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 3(011)-1165/2025 saylı qərarından da görünür ki, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və sözügedən qərar yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, X5 şikayəti təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub QƏRARAALDİ: X5 şikayəti təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-4386/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4386/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver