Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4391/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Bakı şəhər X13 İdarəsinin TP ******* nömrəli, 25 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X13 İdarəsinin TP ******* nömrəli, 25 iyun 2025ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı -X1 mülkiyyətində olan **-FU- *** dövlət nömrə nişanlı, Chevrolet Malibu markalı nəqliyyat vasitəsinin sürücülük hüququ həyat yoldaşı tərəfindən ona, oğlu-X3, oğlu-X4, oğlu-X6 verilmişdir. Bildirir ki, həmin nəqliyyat vasitəsi faktiki olaraq oğlu-X7 tərəfindən idarə olunur. Gündəlik olaraq o bir neçə dəfə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə günün müəyyən saatlarında istifadə edir. Həmin prospektlə hərəkət edən zaman, yol hərəkəti qaydalarına riayət edir, günün icazə verilən saatlarında və yol ayrıcılardan dönmə əməliyyatı edilən qırıq-qırıq xətlə işarələnmiş hissələrindən həmin zolaqlara daxil olubçıxma halları istisna olmaqla qadağan olunmuş zolaqlara daxil olmur. 4 iyun 2025-ci il tarixdə saat 11:20-də (zəngin çıxarışı ərizəyə əlavə edilir) oğlu - Əhədə məxsus olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən zəng edərək özünü BŞBPİ-nin DYP-nin əməkdaşı-Fərid İldırımzadə kimi təqdim edən şəxs idarə etdiyi 77FU642 dövlət nömrə nişanlı, Chevrolet Malibu markalı avtomobilin 29 may 2025-ci il tarixdə Xətai rayonu 8 noyabr prospektində yolun qadağan olunmuş hissəsi ilə 3 dəfə idarə etdiyini bildirməklə, cərimə ediləcəyini bildirmişdir. Hadisələrin törədilmə yeri, vaxtı və aşkarlanma üsulu barədə verdiyi suallara isə cavab olaraq bildirmişdir ki, hadisələr 8 Noyabr prospektində baş vermiş, dəqiq yerini bildirməmiş, müəyyən etmə üsulu olaraq isə yol patrul xidməti əməkdaşları tərəfindən aşkarlandığını bildirmişdir. Bununla bağlı əməkdaşa İXM-nin 122-ci maddəsinin müddəalarını izah etməsinə baxmayaraq, əməkdaş ona hadisənin patrul xidmətinin əməkdaşı vasitəsi ilə aşkar olunduğunu bildirmiş, bununla bağlı müvafiq sübutları təqdim etməsini xahiş etdikdə, idarəyə dəvət olunduğunu bildirmişdir. O da ondan əsaslı hesab etdiyi halda protokolu tərtib edib, elektron sistemə müvafiq sübutları daxil etməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə yəni hadisənin baş verməsi iddia olunan gündən 13 gün sonra İXP7192307 nömrəli protokol tərtib edilmişdir. Bununla bağlı, BŞPİ-nin DYP-nin rəhbərliyinə ********** nömrəli məktubla elektron qaydada müraciət etmişdir. (müraciət əlavə olunur) Müraciətinə cavab verilməmiş və SMS radar tətbiqi və SMS vasitəsi ilə onun- X2 xx.xx.2025-ci il tarix 11:08 saatında İXM-nin 327.1-1 maddəsinə əsasən 100 manat 2 bal cərimə edilməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatda qərarın xx.xx.2025-ci il tarix olması, hadisənin isə xx.xx.2025-ci il 07:56:21 saatında baş verməsi qeyd olunmuş, lakin bununla bağlı heç bir sübut, foto və video əlavə edilməmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və inzibati tənbeh tədbirinin görülməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərar onlara təqdim olunmamışdır. Bildirmişdir ki, nəqliyyat vasitəsi daima oğlu-X7 tərəfindən idarə olunur. İnzibati xəta protokolu və qərar oğlu-X7 barəsində tərtib olunmalıdır. Sürücülük hüququnun olduğu və faktiki olaraq daima oğlu-X7 tərəfindən idarə olunan **-FU-*** dövlət nömrə nişanlı, Chevrolet Malibu markalı nəqliyyat vasitəsinə görə onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edib iş üzrə icraata onun və sürücülük hüququ olan digər şəxslərin təqsiri olmadığından xitam vərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X5 idarə etdiyi nəqliyyat vasitəsi ilə 327.1- 1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X5 barəsində Bakı şəhər X13 İdarəsinin 25 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4391/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4391/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver