Məhkəmə qərarları › İş №3(011)-4392/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4392/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4392/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23429975 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23429975 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 məhkəməyə ərizə ünvanlayaraq Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23429975 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23429975 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə belə hesab edir ki, X3 şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə təqdim etdiyindən Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23429975 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23429975 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar